"25 milyonluq planı uğurla həyata keçirdik, 2025-də pivə sektoruna sərmayələrimizi genişləndirməyi planlaşdırırıq"
"Carlsberg Azerbaijan" şirkəti 2021-2025-ci illər üzrə 25 milyon manatlıq investisiya planının uğurla həyata keçirib.
Marja xəbər verir ki, bunu Carlsberg Azerbaijan-ın Baş Direktoru Alius Antulis bildirib.
"Əldə etdiyimiz nəticələrlə qürur duyuruq və istehlakçılarımıza, tərəfdaşlarımıza və əməkdaşlarımıza onların dəstəyi və etimadı üçün dərin təşəkkürümüzü bildiririk. 2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində biz 2021-2025-ci illər ərzində istehsalata, pivə sənayesinə və əməkdaşlarımıza 25 milyon manat investisiya yatırmağı nəzərdə tutmuşduq. Məmnuniyyətlə bildirirəm ki, biz 2024-cü ilin nəticələrinə əsasən investisiya planımızı uğurla həyata keçirmişik. 2025-ci ilə gəldikdə, biz pivə sektoruna aid olan sərmayələrimizi genişləndirməyi planlaşdırırıq. Bu, məhsul portfelimizi və onun keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək və ölkənin dayanıqlı inkişafına müsbət töhfə verəcək", - Carlsberg Azerbaijan-ın Baş Direktoru Alius Antulis deyib.
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















