“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə Amerikada həm İstehlak Qiymətləri İndeksinin, həm də İstehsal Qiymətləri İndeksinin proqnozların üzərində açıqlansa da, Amerika prezidenti Donalt Trampın Yaxın Şərqdə gərginliyin artmasına səbəb olan təhdidləri fonunda investorların dollara ola olan etimadı sarsıldı.
ABŞ-ın növbəti münaqişənin iştirakçısı olma ehtimallarının yüksəlməsi dollar üzərində də təzyiqləri artırdı. Belə ki, Ötən həftəyə 1.02890 və 1.23700 hədlərinda start verən EUR/USD, GBP/USD müvafiq olaraq 1.05140 və 1.25860 səviyyələrinə kimi bahalaşdılar. “Güvənli liman” maliyyə alətləri olan qızıl, İsveçrə frankı və Yapon yeni də dollar qarşısında gücləniblər. USD/CHF və USD/JPY məzənnələri geriləyərək ötən həftəni 152.320 yen və 0.89970 frank hədlərində baça vurublar.
Qızıl ötən həftədə də ard-arda rekord yeniləməklə həftəyə damğasını vurdu. “Sarı metal” 2942.70$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədəkdən sonra, bir qədər gerilədi və həftəlik şamını 2885$ həddində tamamladı.
Bu həftə bütün bazar iştirakçıları Amerika prezidenti Donald Trampın həftənin çərşəmbə gününə planlaşdırılan çıxışına fokuslanıblar. “Mister Təhdid”-in bu dəfə kimlər və nə ilə təhdid edəcəyi bu həftənin əsas kilid nöqtəsidir.
Cari həftə ərzində Avstraliyadan, Yeni Zelandiyadan və Türkiyə Cümhuriyyətindən gələcək faiz qərarları, Böyük Britaniyada və Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPİ) və İstehsal Qiymətləri İndeksi (PPİ) göstəriciləri birjaların diqqət mərkəzində olacaq.
İnvestorlar çərşənbə axşamı çıxış edəcək İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin açıqlamalarında tənzimləyici qurumun monetar siyasətinin gələcəyinə dair ipucları axtaracaqlar.
Bu həftə ərzində, həmçinin, Avrozonada, Almaniyada, İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi, Amerikada isə Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli isqtisadi göstəricilər və “FOMC”-un son toplantısının protokolları dərc olunacaq.
EUR
Ötən həftəni 1.04920 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə enişlə start verdi və hazırda, 1.04858 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq PMİ və ZEW Hesabatları avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Buğalar” qiyməti 1.06$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər.
GBP
Keçən həftəni 1.26$ həddində tamalayan GBPUSD məzənnəsi hazırda 1.25900 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası hakim ola və 1.29$-a kimi davam edə bilər.
Bu həftə isə İngiltərədə dərc olunacaq əmək bazarı hesabatı, həmçinin, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi kimi iqtisadi-statistik rəqəmlər funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAU/USD
Qızıl ötən həftə 28942.70$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədikdən sonra, 2885$-a kimi geriləyib.
Hazırda, 2901$-dan təklif olunan “sarı metal”, investorların Amerika prezidentinin Yaxın Şərqi hədəf alan təhdidləri və ticarət tərəfdaşlarına yönəlmiş tarif siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq rolu üstlənib. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















