"Li Auto" rəsmi olaraq Azərbaycan bazarına daxil olub
Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan Efendiler Group “Li Auto” brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olub.
"Li Auto Azərbaycan"ın müvəqqəti satış salonu Aşıq Molla Cümə küçəsi, 44B ünvanında yerləşəcək.
Eyni zamanda hazırda Babək Prospekti, 35A ünvanında brendin bütün standartlarına cavab verən 900 m2-lik nəhəng satış mərkəzi və 300 m2-lik ofisin tikintisi davam edir və yaxın zamanda istifadəyə verilməsi gözlənilir.
Texniki servisə gəldikdə isə, bu gündən etibarən alış tarixi 31 dekabr 2024-cü ilə olan bütün "Li Auto" avtomobillərinə Babək Prospekti, 35K ünvanında yerləşən rəsmi servisimizdə texniki xidmət göstəriləcək və bütün original ehtiyat hissələri ilə təmin ediləcək.
"Efəndilər Group"un icraçı direktoru Amal Əlili qeyd edir ki, satış mərkəzində “Li Auto” brendinin “L6”, “L7” və “L9” modelləri təqdim olunacaq. Yaxın gələcəkdə şirkət öz müştərilərinə daha geniş model cərgəsi ilə xidmət göstərməyi planlaşdırır. Artıq bu gündən etibarən adları qeyd edilmiş modellərin sifarişi qəbul olunur və ilk avtomobillərin gəlişi növbəti 2 həftədə gözlənilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)











