Agentlik: Binalarda tək fəaliyyət göstərən operator və provayderlər barəsində tədbirlər görüləcək
Binaların sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir - İKTA-DAN ÇAĞIRIŞAzərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet operator və provayderini sərbəst seçmək hüququnun pozulması ilə bağlı müraciətlərə həssas yanaşır.
İKTA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, internet xidmət provayderləri və vətəndaşlar tərəfindən daxil olan son müraciətlərdə Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış kompleksində qeyri-sağlam rəqabətin olması və bəzi bazar iştirakçılarına üstünlüyün verilməsi ilə bağlı iddialar səsləndirilib.
Bu şikayətləri nəzərə alaraq, İKTA həmin ünvanda fəaliyyət göstərən operator və provayderlərlə müzakirələr aparıb, onların nəzərinə abunəçilərin hüquqlarının məhdudlaşdırılmasının yolverilməz olduğu çatdırılıb.
Görüş zamanı qeyd edilib ki, son zamanlar Agentliyə çoxmənzilli yaşayış binalarında sakinlərin (abunəçilərin) keyfiyyətli telekommunikasiya (telefon və internet) xidmətlərindən tam istifadəsinə maneələrin yaradılması ilə yanaşı, bir çox binalarda operator və provayderlərə ayrıseçkilik nümayiş etdirilməklə süni maneələrin yaradılması barədə məlumatlar daxil olmaqdadır.
İKTA bəyan edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.
Operatorların, provayderlərin və istehlakçıların mənafeyinə zidd olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olan digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində də qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində İKTA tərəfindən müvafiq addımlar atılacaq.
İKTA vətəndaşları və provayderləri fəal olmağa, müvafiq halla rastlaşdıqda rəsmi şikayətlə İKTA-ya müraciət etmələrini tövsiyə edir.
Eyni zamanda bildirilib ki, 2023 – 2024-cü illər ərzində qeyd edilən məsələlərlə bağlı internet operator və provayderləri tərəfindən İKTA-ya 30-a yaxın müraciət daxil olub və Agentliyin aidiyyəti strukturlarla birgə atdığı addımlar nəticəsində bu müraciətlərin əksəriyyəti müsbət həllini tapıb. Bir sıra müraciətlərlə bağlı isə işlər davam etdirilir.
Agentlik bəyan edir ki, qanunvericiliyə uyğun olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanunazid olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 29 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















