Tramp vətəndaşlıq satacaq: 5 milyon dollarlıq "Qızıl kart" al, vətəndaş ol
ABŞ prezidenti Donald Tramp iş yerləri yaradacaq xarici investorlara xüsusi “Qızıl Kart” təqdim edəcəklərini açıqlayıb. 5 milyon dollara satılacaq bu kart həm yaşıl kart imtiyazları verəcək, həm də vətəndaş olmağı asanlaşdıracaq.
ABŞ prezidenti Donald Tramp iş yerləri yaradacaq xarici investorlara xüsusi “Qızıl kart” təqdim edəcəklərini açıqlayıb.
Marja xəbər verir ki, 5 milyon dollara satılacaq bu kart həm "Yaşıl kart" imtiyazları təqdim edəcək, həm də vətəndaş olmağı asanlaşdıracaq.
ABŞ Prezidenti Donald Tramp, Oval Ofisdə imzaladığı sərəncamlardan sonra verdiyi açıqlamada, ölkəyə böyük məbləğdə sərmayə qoyacaq əcnəbilər üçün yeni immiqrasiya proqramını açıqlayıb. Tramp, "Qızıl kart" adlanan bu yeni sistemdə investorların 5 milyon dollara yaşıl kart və vətəndaşlıq alacağını bildirib.
Bu proqramın ABŞ iqtisadiyyatına böyük töhfə verəcəyini iddia edən Tramp, "Varlılar bu kartla ölkəmizə gələcək, çoxlu pul xərcləyəcək, çoxlu vergi ödəyəcək və iş yerləri açacaq. Bunun son dərəcə uğurlu olacağını düşünürük" deyib.
Proqramın təfərrüatlarının yaxın iki həftə ərzində açıqlanacağını bildirən prezident Tramp, "1 milyon kart satsaq, 5 trilyon dollar edir. 10 milyon kart satsaq, 50 trilyon dollar edir. 35 trilyon dollar borcumuz var, bu, yaxşı olardı. Baxacağıq", - deyib.
"Qızıl kart"ın bütün ölkələrdən olan investorlara açıq olub-olmayacağı barədə suala Tramp belə cavab verib: "Bu, vəziyyətdən asılı olacaq. Kimin uyğun olduğunu hərtərəfli nəzərdən keçirəcəyik".
Rusiyalı oliqarxın "Qızıl kart" ala biləcəyini soruşduqda o, belə cavab verib: "Bəli, yəqin. Bəzi rus oliqarxlarını tanıyıram, çox yaxşı insanlardır".
Yaşıl kart sahibinə ABŞ-da qeyri-müəyyən müddətə yaşamaq və işləmək hüququ verdiyi halda, EB-5 proqramı investorlara müəyyən investisiya və məşğulluq şərtlərinə cavab verdikləri təqdirdə yaşıl kart əldə etmək imkanı təklif edirdi. Lakin Tramp administrasiyası bu sistemi qızıl kart proqramı ilə əvəz etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
