Qarabağda 115 milyon dollarlıq suvarma kanalı tikiləcək - 96,5 MİLYON DOLLAR KREDİT ALINACAQ
Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisinə başlanılacaq.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, layihə çərçivəsində Cəbrayıl və Füzuli rayonlarında 8400 ha ərazinin suvarma sistemi ilə təchiz edilməsi və Mil-Muğan İqtisadi Rayonunun 252 min ha kənd təsərrüfatı sahəsinin suvarılma sisteminin təkmilləşdirilməsi məqsədilə Araz çayı üzərindəki Qız Qalası su anbarı ərazisində uzunluğu 52 km və sukeçirmə qabiliyyəti 50 kubmetr/san. olan magistral kanalın və 213 km uzunluğunda boru kəmərləri sisteminin tikintisi nəzərdə tutulub.
Layihənin ümumi dəyəri 115,18 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Ümumi məbləğin 18,45 milyon ABŞ dolları hissəsini Azərbaycan hökumətinin iştirak payı, 96,48 milyon ABŞ dolları hissəsini kredit vəsaiti, 0,25 mln. ABŞ dolları hissəsini isə qrant vəsaiti təşkil edir.
Layihənin maliyyələşdirilməsində İslam İnkişaf Bankı iştirak edəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















