Azərbaycanda su və günəş elektrik stansiyalarında enerji istehsalı artıb
Energetika Nazirliyi 2025-ci ilin ilk 2 ayı üzrə enerji göstəricilərini açıqlayıb.
Operativ məlumatlara əsasən 2025-ci ilin yanvar-fevral ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 4 864,8 mln. kVt·st olub.
Bu müddət ərzində İES-lərdə 4 354,3 mln. kVt·st, SES-lərdə 411,7 mln. kVt·st, digər mənbələr üzrə isə 98,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 5,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 54,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 38,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su və günəş elektrik stansiyalarının enerji istehsalında 140,6 mln. kVt·st artım qeydə alınıb.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 353,6 mln. kVt·st (İES-lərdə 3 955,7 mln. kVt·st, SES-lərdə 397,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 mln. kVt·st (İES-lərdə 41,4 mln. kVt·st, SES-lərdə 12,3 mln. kVt·st, GES-də 7,6 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 445,8 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 301,5 mln. kVt·st, idxalı isə 19,5 mln. kVt·st olub.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 374,0 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 146,1 mln. kVt·st, idxalı isə 8,4 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























