Nissan-ın baş direktoru vəzifəsini tərk edəcək
Nissan-ın baş direktoru Makoto Uçida (Makoto Uchida) aprelin 1-də vəzifəsini tərk edəcək.
Marja xəbər verir ki, bu barədə Yaponiya brendinin mətbuat xidməti məlumat yayıb. Onun vəzifəsini hazırda planlaşdırma direktoru olan meksikalı İvan Espinoza (Ivan Espinosa) tutacaq.
Makoto Uçida nə üçün işdən çıxdığı araşdırılıb.
Reuters-in yazdığına görə, Nissanın əsas maliyyə problemləri Makoto Uçidanın tam elektrik avtomobillərinə mərc etmək kimi ölümcül səhvi ilə bağlıdır. Eyni zamanda, top menecer hibrid modelləri buraxmaqdan imtina edib. Lakin o, hesablamalarında yanılıb: benzin-elektrikli avtomobillərə tələbat sürətlə artmağa başlayıb.
Satışların azalması
Xüsusilə hibridlərdən imtinanın birbaşa nəticəsi əsas bazarlarda satışların azalması olub. İlk növbədə, satışların azalmasına daha çox ABŞ bazarında elektrik avtomobillər (EV) seqmentində Tesla və BYD ilə artan rəqabət təsir edib. Digər neqativ amillərlə yanaşı, Yaponiyanın Noto yarımadasında baş vermiş zəlzələ və Qırmızı dənizdə gəmiçilikdə yaranan fasilələr istehsala və logistikaya mənnfi təsir göstərib.
Mənfəətin azalması
Satışların azalması, öz növbəsində, bu maliyyə ili üçün (2025-ci ilin martında bitən) əməliyyat mənfəətinin 500 milyard yendən 150 milyard yenə (3,23 milyard dollardan 972 milyon dollara) azalmasına səbəb olub. Bu fonda şirkət 2025-ci ilin yanvarında ABŞ-dakı üç zavodda növbələri ixtisar edəcəyini, daha əvvəl, 2024-cü ilin noyabrında isə dünya üzrə 9000 işçini ixtisar edəcəyini açıqlamışdı.
Honda ilə danışıqların uğursuzluğu
Böhranı aradan qaldırmaq üçün Nissan investor axtarmağa başlayıb. 2024-cü ilin dekabrında şirkət Yaponiyanın digər avtomobil istehsalçısı Honda ilə birləşmə danışıqlarına başladı. Üstəlik, Mitsubishi də bu alyansa qoşula bilərdi.
Lakin 2025-ci ilin fevralında danışıqlar dayandırıldı. Danışıqların tamamlanmasının təşəbbüskarı Nissan oldu. Şirkət Honda-nın törəmə şirkəti olmaq istəmədiyini, bərabər şərtlərlə vahid holdinqə qoşulmağı israr edirdi.
Makoto Uçida hadisədə günahkar bilinib. Öz növbəsində Honda bəyan edib ki, birləşmə ilə bağlı danışıqları yalnız top-menecer istefa verəcəyi təqdirdə davam etdirməyə hazırdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)



