Milli Marketinq Forumu 10 illiyini qeyd edir!
Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini qeyd edəcək. Forum 9-10-11 may tarixlərində, ilk dəfə keçirildiyi məkan olan 28 Mall "CinemaPlus"da təşkil ediləcək.
Bu ilki forumda fiziki iştirak (offline) və onlayn (Meta platformasında) olmaqla 3 gün ərzində ümumilikdə 9 panel üzrə 50-dək spikerin çıxışı planlaşdırılır.
Neoklassika: Keçmişin Dəyərləri ilə Gələcəyin Yenilikləri
"Neoklassika" konsepti yalnız keçmişə nostalji bir baxış deyil, həm də klassik marketinq prinsiplərinin müasir dövrün trendləri ilə yenidən şərh edilməsi deməkdir. Milli Marketinq Forumu üçün bu, marketinqin zamanla dəyişməz prinsiplərini qoruyaraq, müasir texnologiya və alətlərlə yenidən formalaşdırılmasıdır. Bu səbəbdən iştirakçılar, bu yeni yanaşmanın praktiki tətbiqləri ilə tanış olacaq, klassik marketinq metodlarını müasir dövrün tələblərinə uyğun şəkildə necə tətbiq edə biləcəklərini öyrənəcəklər.
Tədbirdə "Milli Keyslər", "Kommunikasiya və PR", "Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data", "Yaradıcı Sənayə", "Sosial Media və İnfluencerlər", "Satış və Ticari Marketinq", "İnnovativ Marketinq və Startaplar" kimi panellər təşkil ediləcək. Spikerlər öz müvafiq sahələrindəki yeniliklər və təcrübələr barədə çıxışlar edəcək, həmçinin iştirakçılar sual-cavab sessiyalarında fəal iştirak edəcəklər.
Tədbir iştirakçıları sektorda tanınmış və peşəkar mütəxəssislərdən birbaşa marketinq sahəsindəki ən son yenilikləri öyrənə biləcək, həmçinin müasir marketinq alətləri və metodları ilə bağlı praktiki biliklər əldə edəcəklər. Forumda həmçinin uğurlu marketinq kampaniyaları və rəqəmsal marketinq vasitələri haqqında təqdimatlar və statistik məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, tədbirdə indiyədək 250+ spiker, moderator və 3000+ şirkət əməkdaşı iştirak edib. Marketinq sahəsindəki ən son yeniliklərdən xəbərdar olmaq və sektorda lider mövqeyə yüksəlmək istəyənlər üçün MMF2025 əvəzolunmaz bir platformadır.
Milli Marketinq Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
Instagram: https://www.instagram.com/milli_marketinq_forumu/
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/?viewAsMember=true
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





