Trampın tarifləri fonunda Dollar son 2,5 ilin ən böyük itkisinə məruz qalıb
ABŞ prezidenti Donald Trampın kütləvi tarifləri elan etməsindən sonra Amerika valyutası güclü təzyiqə məruz qalıb. ABŞ dolları bütün əsas valyutalar qarşısında zəifləyibBloomberg hesab edir ki, prezident Donald Trampın ABŞ-ın ticarət tərəfdaşlarına elan etdiyi gömrük rüsumları (tariflər) ABŞ valyutasını son iki il yarım ərzində ən çox zəifləməsinə səbəb olub.
Marja xəbər verir ki, Bloomberg Dollar Spot Index (BBDXY) aprelin 3-ü cümə axşamı ticarət zamanı 1,5% ucuzlaşıb.
Dollar G10-un bütün valyutalarına nisbətən zəifləyib: Yen və İsveçrə frankı qarşısında təxminən 2%, avro və funta qarşı isə 1%-dən çox ucuzlaşıb. ABŞ dollarının Kanada dollarına qarşı məzənnəsi dekabrın ortalarından bəri ən aşağı səviyyəyə düşüb.
BBDXY indeksinə ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından 12-nin valyutaları daxildir: avro, yen, Kanada dolları, funt sterlinq, Meksika pesosu, yuan, İsveçrə frankı, Avstraliya dolları, Cənubi Koreya vonu, Hindistan rupisi, Sinqapur dolları və Yeni Tayvan dolları.
Amerika valyutasının ABŞ-ın əsas ticarət tərəfdaşı olan ölkələrin digər altı valyutası qarşısında dəyərini ölçən DXY dollar indeksi cümə axşamı 2,23% azalaraq 101,372 bənd səviyyəsinə enib. Valyuta səbətinə avro, Yapon yeni, Britaniya funtu, Kanada dolları, İsveç kronu və İsveçrə frankı daxildir. İndeks Qitələrarası Birja (ICE) tərəfindən hesablanır.
Bakı vaxtı ilə saat 17:10-a olan mlumata görə, Avro/Dollar məzənnəsi 2,3% dəyər qazanaraq 1,11 dollar səviyyəsini aşıb (Dollar ucuzşalıb, avro bahalaşıb)
Çərşənbə günü, aprelin 2-də ABŞ prezidenti Donald Tramp ABŞ-a idxal olunan məhsullara rüsumlar tətbiq ediləcəyini açıqlayıb. Müxtəlif ölkələr üçün 10%-dən 50%-ə qədər rüsum tətbiq ediləcək.
Hazırda insanlar bu tariflərin ABŞ-ın özünə göstərə biləcəyi iqtisadi təsirə diqqət yetirirlər.
İnvestorlar, tariflərin ABŞ iqtisadiyyatını yavaşlatacağına dair mərc etməyə başlayıblar, bu da FED-in uçot dərəcəsinin azaldılması gözləntilərini artıraraq dollara təzyiq göstərir. Deutsche Bank, Amerika valyutasına mümkün inam böhranı barədə xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 14 d. əvvəl
- 51 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
19 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda 11-ci Domino’s restoranı açıqlacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















