Unibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqladı
2025-ci ilin ilk rübündə Unibankın əməliyyat mənfəəti 12 milyon manat, vergidən əvvəl mənfəət isə 3,6 milyon manat təşkil edib.
Unibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank biznes kreditləşməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm uğurlara imza atıb. Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəldib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 32% artaraq 457 milyon manatı ötüb və kredit portfelindəki payı 41%-ə çatıb. Ümumi kredit portfeli isə 123 milyon manat artıb.
Strateji inkişaf çərçivəsində rəqəmsal transformasiyaya xüsusi diqqət yetirən Unibank, Leobank layihəsi ilə kiçik və mikro sahibkarlar üçün tam rəqəmsal məhsul təqdim edib. Bu yenilik biznes müştərilərinə banka gəlmədən hesab açmaq, əməliyyatlar aparmaq və kredit əldə etmək imkanı verib. Hazırda bank əməliyyatlarının 73%-dən çoxu rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Rəqəmsal kanallar üzərindən aparılan biznes əməliyyatlarının sayı ötən dövrlə müqayisədə 14% artıb.
Nağdsız əməliyyatların inkişafı da davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. Təkcə ilk rübdə nağdsız əməliyyatların həcmi 3,2 milyard manatı, sayı isə 99 milyonu ötüb.
Bankın müştəri bazası ötən il ilə müqayisədə 12% artaraq, ümumi müştəri sayı 2 milyon 86 min nəfəri keçib. Sahibkar müştərilərin sayı 33%, hüquqi şəxslərin sayı isə 20% yüksəlib.
Depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcmi 40 milyon manat artaraq, ümumi depozit portfeli 1,2 milyard manatı keçib.
Faiz və qeyri-faiz gəlirlərinin cəmi 85 milyon manat olub. Dövr ərzində Bank, rəqəmsal və dayanıqlı inkişaf strategiyasına uyğun olaraq investisiyalara əhəmiyyətli diqqət ayırıb. Bu investisiyalar, pərakəndə portfelin yenidən formalaşdırılması və yeni likvidlik tələblərinə uyğunlaşma nəticəsində yaranan yüksək faiz xərcləri ilə birlikdə qısamüddətli əməliyyat mənfəətliliyinə təsir edib. Hesabat dövründə əməliyyat mənfəəti 12 milyon manat, vergidən əvvəl mənfəət isə 3,6 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında artım davam edib. Məcmu kapital 10%-dən çox artaraq 180 milyon manata çatıb, aktivlərin həcmi isə 14% artaraq 1,8 milyard manatı ötüb.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib:
“2025-ci ilin ilk rübündə rəqəmsal yeniliklər və dayanıqlı maliyyə təşəbbüslərimizlə yeni strateji vizyonumuza uyğun əhəmiyyətli irəliləyişlər əldə etmişik. Bankımız dayanıqlı maliyyə prinsiplərinə uyğun layihələr həyata keçirərək, ölkəmizin ekoloji hədəflərinə dəstək verir. Xüsusilə, yaşıl istiqrazlar vasitəsilə maliyyələşdirilən hibrid avtomobil layihəsi illik 340 ton karbon emissiyasının qarşısını almağa imkan yaradacaq. Unibank artıq yeni dövrün imperativlərinə uyğun olaraq yeni strateji baxışın bir hissəsi olan dayanıqlılıq yanaşmamızın yaxın günlərdə ictimaiyyətlə bölüşülməsini planlaşdırır.Yenilənən strateji baxışımız çərçivəsində ilin sonunadək bir sıra böyük layihələrin də reallaşdırılmasını nəzərdə tuturuq. Bu layihələrin içərisində Leobank-la bağlı mühüm yeniliklər var. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir.”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 d. əvvəl
Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu
-
5 d. əvvəl
Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək
-
- 18 d. əvvəl
-
27 d. əvvəl
"600 kVt-lıq bir transformatorun qoyulması üçün 275 min manatadək haqq və rüsum tələb olunur"
-
43 d. əvvəl
Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək
-
1 saat əvvəl
Çinin BYD şirkəti Azərbaycan bazarında 2 rəsmi nümayəndə ilə təmsil olunur
-
1 saat əvvəl
Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu

Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək

Neft sanksiya narahatlığı ilə bahalaşıb

Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb

SOCAR “UCC Holding” ilə anlaşıb

Rəsmi məzənnələr açıqlandı

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir
