“FarmHER” layihəsi uğurla başa çatdı
Azercell-in sosial layihə müsabiqəsinin qalibləri qadınların inkişafına töhfə verməyə davam edir(®) Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasına yönəlmiş “FarmHER” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi bu qadınlarının aqrobiznes sahəsində biliklərini artırmaq, onların gəlirlərini və rifahını gücləndirmək olub.
Kənd təsərrüfatı və aqromaliyyələşdirmə üzrə geniş beynəlxalq təcrübəyə malik mütəxəssis Ağaməhəmməd Alosmanov tərəfindən keçirilən təlimlərdə qadın iştirakçılara aqrobiznesin əsasları, maliyyə savadlılığı, bazar araşdırmaları və innovativ texnologiyalar üzrə nəzəri və praktiki biliklər aşılanıb. Proqram çərçivəsində iştirakçılar tanınmış sahibkarlarla görüşərək real biznes təcrübələrindən də faydalanmaq imkanı əldə ediblər.
Layihə iştirakçıları əldə etdikləri bilikləri artıq gündəlik fəaliyyətlərində tətbiq etməyə başlayıblar. Təşəbbüsün onların həyatına qatdığı real dəyərlə və iştirakçıların təəssüratları ilə tanış olmaq üçün videomuzu izləyə bilərsiniz: https://bit.ly/3RRVunq
“FarmHER” layihəsi Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunub. Proqramın məqsədi qadınların cəmiyyətə fəal inteqrasiyasını dəstəkləmək və onların sosial-iqtisadi rifahının artırılmasına töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)
















