“PAŞA Kapital"ın gəlirləri kəskin artıb
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2024-cü ili 2 milyon 251 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2023-cü ili 2 milyon 373 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “PAŞA Kapital"ın xalis mənfəəti 2024-cü ilində 2023-cü illə müqayisədə 122 min manat və ya 5,1% azalıb. Xalis mənfəətin azalması xərclərin gəlirlərdən daha çox artması ilə əlaqədardır.
Marja.az Şirkətin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə maliyyə hisabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə 2023-cü illə müqayisədə “PAŞA Kapital İnvestisiya Şirkəti”nin cəmi faiz gəlirləri 2 milyon 42 min min manat ikən, 2024-cü ildə 4 milyon 544 min manat təşkil edib (2 milyon 501 min manat və ya 2,2 dəfə artıb).
2024-cü ildə 2023-cü illə müqayisədə “PAŞA Kapital İnvestisiya Şirkəti”nin qeyri-faiz gəlirləri 981 min manat və ya 17,4% artaraq 6 milyon 614 min manat olub. O cümlədən, Şirkətin haqq və komissiya gəlirləri isə 2 milyon 432 min manat və ya 80,1% aratarq 5 milyon 462 min manat təşkil edib.
2024-cü ildə “PAŞA Kapital İnvestisiya Şirkəti”nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz xərcləri) 11 milyon 181 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 8 milyon 306 min manat, əməliyyat mənfəəti 2 miylon 875 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 624 min manat mənfəət vergisi ödəyib.
31 dekabr 2024-cü il tarixində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 64 milyon 74 min manat cımi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 65 milyon 911 min manat cəi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)

