Azərbaycanın rəsmi qurumu “Ookla” şirkətilə danışıb: “SpeedTest” saxtakarlığının qarşısı alınacaq
Hər bir operator və provayder üzrə internetin yükləmə və endirilmə sürətləri ayrı-ayrılıqda aylıq dərc olunacaq.Dünyaca tanınmış “Ookla” şirkətinin nümayəndələri Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) olublar.
İKTA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə “Ookla”nın Yaxın Şərq və Afrika üzrə baş texniki meneceri Xalid Muhamməd, Yaxın Şərq və Afrika üzrə baş satış direktoru Osaman Nayveyseh və Yaxın Şərq və Afrika üzrə müştəri xidmətləri direktoru Əhməd Nəbəvi iştirak ediblər.
İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov qurumun “Ookla” ilə geniş əlaqələrinin olduğunu, şirkətin bir sıra xidmətlərindən Agentliyin istifadə etdiyini bildirib.
“Ookla” rəsmiləri xidmətlərdən istifadə zamanı yaranmış suallara aydınlıq gətiriblər.
Görüşdə provayderlərdə quraşdırılmış “SpeedTest” serverlərinə olan performans tələbləri, serverlərin istismar qaydalarının pozuntu hallarının aşkarlanmasında dəstək, bu kimi halların real indeks göstəricilərini təhrifetmə imkanları, onların aradan qaldırılması üçün atılmalı olan tədbirlər, “Ookla”nın indeksləri hesablama metodologiyaları, “SpeedTest” indekslərinin internet telekommunikasiya xidməti göstərən operator və provayderlər üzrə ayrılıqda dərc edilmə imkanları müzakirə olunub. İKTA nümayəndələri internet keyfiyyətinin ölçüləbilən olması məqsədilə hər bir operator və provayder üzrə internetin yükləmə və endirilmə sürətlərinin ayrı-ayrılıqda aylıq dərc olunmasına başlamaq niyyətində olduqlarını bildiriblər.
Həmçinin “Ookla” şirkəti tərəfindən istifadəyə verilən yeni xidmətlərin təqdimatı keçirilib.
Görüşdə İKTA əməkdaşlarına təlimlərin keçirilməsi və qaldırılan sualların geniş müzakirə edilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 55 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)











.jpg)

