Azərbaycanın “Pak Xalça” şirkəti mühüm status qazanıb - Xalça yumasına 50-dən çox brend zəmanət verir
2005-ci ildən təmizlik sektorunda fəaliyyət göstərən “Pak Xalça” şirkəti 20 illik yubileyi münasibətilə rebrendinq edib. Belə ki, rebrendinq çərçivəsində yeni loqo hazırlanıb, vizual və brend üslubu yenilənib.
Yenilənmiş brendin arxetipi "İnnocent”-dir. Bu arxeotipə uyğun olaraq "Pak Xalça"nın əsas mesajı “Təmizlik vasitəsilə insanlara xoşbəxtlik bəxş etmək”dir.
"Pak Xalça"nın yeni loqosu 5 elementdən (Su damcısı, Slindir, Slindir + Xalça, Yarpaq və Buta) ibarətdir və hər biri brendin dəyərlərini simvolizə edir.
Simvolların mənaları:
- Su damcısı – Paklıq (sloqan: “Paklığın başlanğıcı…”)
- Slindir – Peşəkar yuma və təmizlik (sloqan: “Peşəkar yanaşma…”)
- Slindir + Xalça – Ənənə (sloqan: “Keçmişin iziylə”)
- Yarpaq – Təbii təmizlik (sloqan: “Təbii toxunuş”)
- Buta – Dəyərlərə sədaqət
"PAK XALÇA"NIN YUMA XİDMƏTİNƏ DÜNYANIN 50-DƏN ÇOX XALÇA BRENDİ ZƏMANƏT VERİR
"Pak Xalça" şirkəti 20 illik münasibətilə beynəlxalq əməkdaşlığa nail olaraq, mühüm status qazanıb. Artıq "Pak Xalça" Türkiyənin tanınmış "E-Halı Servis" platformasının tərəfdaşıdır. Bu əməkdaşlıq nəticəsində dünyada 50-dən çox xalça brendi tərəfindən Azərbaycanda zəmanət verilən yeganə xalça yuma şirkəti statusunu qazanıb.
Professional təmizlik şirkəti olan "Pak Xalça" şirkətinin xidmətlərinə xalça, yumşaq mebel, pərdə-dekor, yun, yorğan-döşək, yastıqların yuyulması və digər xidmətlər daxildir. Şirkət tərəfindən 20 illik fəaliyyət dövründə minlərlə məmnun müştəriyə xidmət göstərilib.
"Avtomatlaşdırılmış avadanlıqlardan, antibakterial və antiallergik yuyucu vasitələrdən istifadə edən "Pak Xalça" şirkəti ötən 20 il ərzində böyük etibar, müştəri bazası və təcrübə qazanmışdır. Şirkətimiz xalçalarını uzunömürlü olmasına, ailələrinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirir. 20 illik təcrübəmiz hər bir xalçaya fərdi yanaşma tətbiq etməyə və materialın xüsusiyyətlərinə uyğun şəkildə müvafiq təmizləmə üsullarını seçməyə imkan verir. Nəticə etibarı ilə, bu gün "Pak Xalça" bazarda çox tanınan və seçilən şirkətdir. 20 illik yubileymiz münasibətilə bir sıra yeniliklər etməyə, o cümlədən rebrendinqə qarar verdik. Rebrendinqdə məqsəd "Pak Xalça"nın bazar mövqeyini daha da möhkəmləndirmək, yeni müştərilər cəlb etmək və mövcud müştərilərə xidmət səviyyəsini bir qədər də artırmaqdır.
Sevindirici haldır ki, bu əlamətdar ildə yeni və önəmli daha bir addım atdıq. Azərbaycan xalça yuma sahəsində ilk dəfə olaraq Türkiyənin nüfuzlu "E-Halı Servis" platforması ilə əməkdaşlığa başladıq. Bu, bizim üçün sadəcə bir tərəfdaşlıq deyil – həm də xalça yuma sahəsində daha yüksək standartlara doğru bir keçiddir. Bu əməkdaşlıq sayəsində artıq 50-yə yaxın dünyaca tanınmış xalça brendinin rəsmi şəkildə tanıdığı, onların tövsiyə etdiyi təmizləmə metodlarını tətbiq edən yeganə yerli şirkət olma şansı əldə etdik. Əlbəttə, bu bizim üçün böyük məsuliyyətdir və bu etimadı doğrultmaq üçün hər zamankı kimi, diqqətlə və məsuliyyətlə işləməyə davam edəcəyik.
Bütün bu nailiyyətlər bizim komandamızın uzun illər ərzində göstərdiyi əməyi və müştərilərimizin dəstəyini əks etdirir", - "Pak Xalça" şirkətinin direktoru Vüqar Əhmədov deyib.
Məlumat üçün bildirək ki, rebrendinq- əmtəə nişanının və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlərdir.
Əlaqə vasitələri:
Telefon: (012) 488 10 10 | (050) 494 66 66
Email: [email protected]
Veb sayt: pakxalca.az
Instagram: @pak_xalca
Facebook: Pak Xalca
TikTok: Pak Xalça
Youtube: Pak Xalça
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























