Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib
Bankların cəmi depozit portfelində fiziki şəxslərin depozitlərinin payı azalıb.
2025-ci ilin Mart ayının sonuna olan məlumata görə, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 77.8%-i və ya 37 milyard 293.1 milyon manatı). Depozit portfelinin 60.5%-i (22 milyard 549 milyon manat) hüquqi şəxslərin, 39.5%-i (14 milyard 744.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik bülleten - Mart 2025" hesabatında bildirilir.
Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9 milyard 785.1 milyon manat) milli valyutada, 33.6%-i (4 milyard 959 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9 milyard 9.3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 799.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin mart ayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq 33.1% təşkil etmişdir.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayının sonunda bankların öhdəliklərinin 81.7%-ini və ya 34 milyard 812.8 milyon manatını depozitlər təşkil etmişdi. Depozit portfelinin 63%-i (21 milyard 944.3 milyon manat) hüquqi şəxslərin, 37%-i (12 milyard 868.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət idi.
Fiziki şəxslərin əmanət portfelinin 56.2%-i (7 milyard 226.7 milyon manat) müddətli əmanətlərdən ibarət idi. Fiziki şəxslərin əmanətlərinin 64.3%-i (8 milyard 80.4 milyon manat) milli valyutada, 35.7%-i (4 milyard 588.1 milyon manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 84.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil etmişdi.
Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması 2024-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3 faiz bəndi azalaraq 35.1% təşkil etmişdi.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
16 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
