KapitalBank 3 valyutalı kartlar təqdim etdi
Kapital Bank müştərilərə 3 valyutaya malik Visa Trio Gold, Visa Trio Platinum və Visa Trio Infinitekartlarını təklif edir.
Artıq müştərilər AZN, USD və EUR valyutasında olan Visa kartlarını birləşdirərək, Visa Triokartları üzərində istifadə edə bilərlər. Kartın hər üç hesabını bir PİN kod vasitəsilə idarə etmək mümkündür.
Kartları müəyyən miqdarda məbləği hesaba əlavə etməklə pulsuz əldə etmək olar. Ödəniş kartları avtomatik olaraq Mobil və İnternet Banking, SMS İnfo, həmçinin SMS Bankingxidmətlərinə pulsuz qoşulur. 3D Secure təhlükəsizlik xidmətlərinə qoşulmaq üçün isə Kapital Bank-ın 196 Sorğu Mərkəzinə müraciət etmək lazımdır.
Visa Trio Gold kartını həmçinin 1000 AZN ilkin mədaxil etməklə pulsuz əldə etmək olar. Bundan başqa kartın hər 3 hesabı arasında komissiya olmadan Card to Card əməliyyatını etmək mümkündür. Yeni kart barədə ətraflı məlumat üçün – https://kapitalbank.az/cards/visa-trio.
Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyonayaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
5 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)














