“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin Direktorlar şurasının tərkibi yenidən seçiləcək

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 25 iyun 2025-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:
Marja xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2024-cü il üzrə hesabatı və təsdiqi.
2. Direktorlar şurasının tərkibinin yenidən seçilməsi və təsdiqi.
3. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00- dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi (Hövsan qəsəbəsi) 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir. Ünvan- Bakı şəhəri, Suraxanı rayonu, (Hövsan qəsəbəsi) Şakir Ziyadov küçəsi 1.
Bakı Dəniz Balıq Limanı İdarəsi 1969-cu ildən fəaliyyətə başlayıb, 1971-ci ildə Hövsan Konserv Zavodu, 1976-cı ildə isə Bakı Balıq Soyuducu Donanma Bazası yaradılıb. Bakı Dəniz Balıq Limanı İdarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 43 saylı 17.07.2001-ci il tarixli Sərəncamına əsasən “Bakı Dəniz Balıq Limanı” ASC-nə çevrilmişdir.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunaması və Özəlləşdirilməsi Departamentinin Sərəncamı ilə 30.10.2001-ci il tarixli 62k saylı əmrə əsasən Hövsan balıq Konserv zavodu “Hövsan Balıq Konserv” ASC-i adlandırılıb.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunaması və Özəlləşdirilməsi Departamentinin 13.07.2001-ci il 31 saylı əmrinə əsasən Bakı Balıq Soyuducu Donanma İdarəsi “Soyuducu Donanma” ASC-nə çevrilmişdir.
“Bakı Dəniz Balıq Limanı” ASC-nin 01.07.2004-cü il tarixli Səhmdarların ümumi iclasının 01 saylı Protokoluna əsasən “Hövsan Balıq Konserv” ASC-i “Bakı Dəniz Balıq Limanı” ASC-nə qoşulmuşdur.
25.05.2005-ci il tarixində keçirilmiş Səhmdarların ümumi iclasının 02 saylı Protokoluna əsasən “Soyuducu Donanma” ASC-i “Bakı Dəniz Balıq Limanı” ASC-nə qoşulmuşdur. .
“Bakı Dəniz Balıq Limanı” ASC-nin 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən “Bakı Dəniz Balıq Limanı” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb və 13 iyul 2017 - ci il tarixli 1701020021115000 saylı çıxarışa əsasən Dövlət qeydiyyatından keçmişdir.
TERMİNAL
Azərbaycan və Qazaxıstanın birgə müəssəsi olan “Bakı Taxıl Terminalı” 04.04.2007-ci il tarixində istifadəyə verilmişdir.
Terminal kompleksində İspaniyanın “Silos Cordoba” firmasının istehsalı olan 5 ədəd metal silos çəni quraşdırılmışdır ki, bunların da ümümi tutumu 15 min tondur. Terminalın istehsal gücü saatda 300 ton, illik dövrüyyəsi 500 min tona qədərdir. Taxıl terminalının bazasında gücü gündə 150 ton olan müasir və yüksək texnoloji üstünlüyə malik un dəyirmanı fəaliyyət göstərir. Dəyirmanda müasir dünya standartlarına cavab verən İsveçrənin “Buhler” şirkətinin ən son texnoloji avadanlıqları quraşdırılmışdır.
Terminal Azərbaycanı taxılla təmin etməklə yanaşı, həmçinin, Qazaxıstan taxılının qafqaz ölkələrinə, Qara dəniz və Avroa ölkələrinə daşınmasına kömək etməkdir.
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
9 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
9 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
