
Bank Respublika növbəti dəfə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü
Bank Respublika EBRD tərəfindən üçüncü il ardıcıl olaraq “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü
(®) Bank Respublika, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2024-ci il üzrə “Azərbaycanda ən fəal emitent-bank” mükafatına layiq görülüb.
Qeyd edək ki, bu mükafat “Bank Respublika”nın bu sahədə üçüncü il ardıcıl olaraq qazandığı uğurudur.
Mükafat EBRD-nin London şəhərində Rəhbərlər Şurasının illik iclası zamanı keçirilən təntənəli mərasimdə təqdim olunub.
“Bank Respublika”ya təqdim olunan bu nüfuzlu mükafat, bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi sahəsində göstərdiyi yüksək aktivliyi, risklərin idarə olunması bacarığını və müştərilərə təqdim etdiyi effektiv maliyyə həllərini bir daha təsdiqləyir. EBRD ilə uğurlu əməkdaşlıq nəticəsində, Bank Respublika xarici ticarət əməliyyatlarında daha geniş imkanlar təqdim edərək, ölkənin ixrac və idxal potensialının dəstəklənməsinə töhfə verməkdədir.
Bu nailiyyət “Bank Respublika”nın beynəlxalq maliyyə institutları ilə güclü tərəfdaşlıq əlaqələrinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində peşəkar komandasının əzmli fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat yalnız Bank Respublika-nın deyil, ümumilikdə Azərbaycanın regional ticarətdə artan rolunun əyani sübutudur.
Bank Respublika müştərilərinə ticarətin maliyyələşdirilməsi üzrə geniş çeşiddə məhsul və xidmətlər təqdim etməyə davam edir və Azərbaycanın iqtisadi inkişafına töhfə verməyi əsas prioritetlərindən biri hesab edir.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
