"Bakıda mənzil qiymətləri bahalı dünya şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb"
Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb və bu hal şəhərin inkişafına, eləcə də təşkilatlanma proseslərinə birbaşa təsir göstərir.
Bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Bakının Mənzil Fondunun İnkişafında Yeni Gözləntilər” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, hazırda əmlak bazarında müşahidə olunan yüksək qiymətlər, xüsusilə orta və aşağı gəlirli əhali təbəqəsinin mənzil sahibi olmaq imkanlarını xeyli məhdudlaşdırır:
“Qiymətlərin bu şəkildə formalaşmasının iqtisadi əsasları olsa da, müasir dövrdə mənzil fondunun inkişafında yalnız qiymət faktoru ilə kifayətlənmək mümkün deyil. Artıq bir neçə yeni meyar da nəzərə alınmalıdır”, - deyə o bildirib.
O. Məmmədov qeyd edib ki, bu meyarlardan biri enerji səmərəliliyi və ekoloji dayanıqlılıqdır:
“Yeni tikilən binalar ekoloji cəhətdən təmiz materiallardan istifadə olunmaqla inşa edilməli, ətraf mühitə minimum təsir göstərməlidir. Eyni zamanda, bu mənzillər şəhərin planlı inkişafına uyğun şəkildə, yaşıllıqlara zərər yetirmədən genişlənməlidir”, - deyə KOBİA sədri vurğulayıb.
O əlavə edib ki, müasir şəhərsalmada “ağıllı” mənzillərin rolu da getdikcə artır:
“Smart texnologiyalarla təchiz olunmuş mənzillər təhlükəsizlik və idarəetmənin avtomatlaşdırılmasını təmin edir. Bu tip mənzillər enerji xərclərini azaldır, uzunmüddətli dövrdə sakinlər üçün daha rahat və qənaətcil yaşayış şəraiti yaradır”.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























