"BOKT Caspian İnvest" 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı – BÖYÜK ARTIMLAR BAŞ VERİB
Kredit təşkilatının faiz gəliri 284 dəfə artaraq 2 milyon manata yaxın olub, kredit portfeli isə 18 dəfədən çox artaraq 12 milyon manatı keçib.
2024-ci ildə nizamnamə kapitalını 10 dəfə artıran "Bank Olmayan Kredit Təşkilatı Caspian İnvest" MMC 2024-cü ili 182 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Kredit təşkilatı 2023-cü ili 97 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az "BOKT Caspian İnvest"in 31 dekabr 2024-cü il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, Təşkilat ötən il dövlət büdcəsinə 364 min manat mənfəət vergisi ödəyib.
"BOKT Caspian İnvest"in faiz gəliri 2024-cü ildə 2023-cü illə müqayisədə 284 dəfə artaraq 1 milyon 915 min manat təşkil edib. Kredit təşkilatı 2023-cü ildə 6 min 735 manat faiz gəliri əldə etmişdi.
2024-cü ildə "BOKT Caspian İnvest"in kredit portfeli (müştərilərə verilmiş kreditlər)18 dəfədən çox artaraq 31 dekabr 2024-cü il tarixində 12 milyon 209 min manat çatıb. 2023-cü ilin sonunda Təşkilatın kredit portfeli 671 min manat təşkil etmişdi.
Əsas fəaliyyəti kreditlərin təqdim edilməsi olan "BOKT Caspian İnvest"in 31 dekabr 2024-cü il tarixində 10 filialı, 64 nəfər əməkdaşı olub (31 dekabr 2023-cü il tarixində 13 nəfər əməkdaş).
Kredit təşkilatı 17 avqust 2004-cü il tarixində dövlət qeydiyyatına alınmış, 2023-cü ildə təsisçiləri və rəhbərliyi dəyişərək yenidən təyin olunmuş struktur ilə fəaliyyətinə davam etdirməkdədir.
"BANK OLMAYAN KREDİT TƏŞKİLATI CASPİAN İNVEST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 31 dekabr 2024-cü il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatları və Müstəqil Auditorların Hesabatı - ƏTRAFLI
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
