
“PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir”
"Ənənəvi kreditləşmədən fərqli olaraq, bizim rəqəmsal kredit həllərimiz sayəsində sahibkarlar banka gəlmədən, tam onlayn şəkildə müraciət edə bilər və qısa müddət ərzində cavab ala bilərlər".
Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş müasir yanaşmaları bizneslərin inkişafını sürətləndirir. Hal-hazırda müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bankda “Customer first” təşəbbüslərinin həyata keçirilməsini nəzərə alaraq, biz KOS sektorunun inkişafına edilən töhfələr və sahibkarlara təmin etdiyi rəqabət üstünlüklərini “PAŞA Bank”ın KOS və KİB Rəqəmsal Məhsul üzrə aparıcı direktoru Heydər Süleymanovla müzakirə etdik.
-Heydər bəy, bildiyimiz kimi, "PAŞA Bank"ın əsas diqqəti real sektora, xüsusilə də KOS seqmentinə yönəlib. Zəhmət olmasa, KOS müştərilərə göstərilən yanaşma və təqdim olunan əsas məhsullar haqqında oxucularımıza məlumat verərdiniz.
- Sualınız üçün təşəkkür edirəm. Həyata keçirdiyimiz “CustomerFirst” təşəbbüsləri çərçivəsində hər bir müştəriyə hörmət və diqqətlə yanaşmaq, onların ehtiyaclarını anlamaq, müsbət təcrübə yaratmaq və ən əsası müştəri məmnuniyyətini artırmaq bizim başlıca məqsədlərimizdəndir. KOS seqmentində əsas niyyətimiz sahibkarlara maliyyə resurslarına daha sürətli və rahat çıxış imkanı yaratmaq, onların bizneslərini inkişaf etdirmələrinə və daha effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır.
Bu məqsədlə "PAŞA Bank" KOS müştərilərinə bir sıra innovativ rəqəmsal məhsullar təqdim edir, o cümlədən sürətli və avtomatlaşdırılmış rəqəmsal kredit məhsulu, POS kreditləri, faktorinq, biznes kartları və digər məhsullar. Həmçinin, bank korporativ müştərilərimizin tədarükçülərinə də maliyyə dəstəyi verən məhsullar və bizneslərin dövriyyə kapitalını idarə etməsinə kömək edən kredit alətləri təqdim edir.
- 2025-ci ilin “CustomerFirst” ili elan edilməsi “PAŞA Bank” müştəriləri üçün nə deməkdir? Bu yanaşma gündəlik bank fəaliyyətinizə necə təsir edir?
- Bu, ilk növbədə, müştərilərlə münasibətlərin standart yanaşmadan strateji tərəfdaşlığa keçidi deməkdir. Artıq biz sadəcə ehtiyaclara cavab vermir, onları proaktiv şəkildə öncədən müəyyən edir və uyğun həllər hazırlayırıq. Bu yanaşma nəticəsində komandamızın daxili prosesləri təkmilləşib, qərarlarımız daha çevik və məlumat əsaslı olub, müştəriyə dəyər yaratmaq baxımından daha məqsədyönlü addımlar atırıq. Bu dəyişiklik konkret nəticələr verir – müştərilərimiz daha operativ cavablar alır, təklif etdiyimiz həllər isə onların real biznes hədəflərinə daha uyğun olur. Ən əsası isə bu yanaşma bizə müştəri ilə yalnız bu günü deyil, gələcəyi də birlikdə planlamaq imkanı yaradır.
- Hal-hazırda "PAŞA Bank"ın ən çox tələb olunan məhsullarından biri onlayn biznes kreditidir. KOS müştəriləri arasında bu məhsula böyük maraq var. Bu kredit həlli bizneslərə hansı rəqabət üstünlükləri qazandırır?
- Tamamilə doğrudur. Bizim təqdim etdiyimiz rəqəmsal kreditlər KOS-lara bir neçə mühüm rəqabət üstünlüyü verir. İlk üstünlük sürət və rahatlıqdır: ənənəvi kreditləşmədən fərqli olaraq, bizim rəqəmsal kredit həllərimiz sayəsində sahibkarlar banka gəlmədən, tam onlayn şəkildə müraciət edə bilər və qısa müddət ərzində cavab ala bilərlər. Bəzi məhsullar üzrə kreditin təsdiqi və vəsaitin hesablanması yalnız bir neçə dəqiqə ərzində baş verir.
Təchizat və distribütor şəbəkələrinin maliyyələşdirilməsi başqa bir üstünlükdür. Onlayn kreditlər həm də böyük təchizat zəncirlərində iştirak edən KOS-lar üçün üstün fürsətlər yaradır. Təchizat Zənciri Maliyyələşməsi (Supply Chain Finance) və Distribusiya Zənciri Maliyyələşməsi (Distributor Chain Finance) vasitəsilə sahibkarlar öz dövriyyə vəsaitlərini optimallaşdıra və nağd pul axınlarını effektiv idarə edə bilirlər. Təklif etdiyimiz həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir.
- Bankın təqdim etdiyi onlayn kredit məhsulu ən çox hansı növ bizneslərə uyğundur və onlara hansı əsas faydaları təklif edir?
- Təqdim edilən məhsul ilk növbədə pərakəndə və topdansatış ticarət sahəsində fəaliyyət göstərən bizneslər üçün nəzərdə tutulub. Bu bizneslərdə dövriyyə kapitalına yüksək tələbat mövcuddur və tez-tez mal dövriyyəsini artırmaq üçün əlavə maliyyə resurslarına ehtiyac duyulur. Məhsulun faydalarına gəlincə, onun sayəsində sürətli likvidlik əldə edərək stokları artırmaq və daha böyük sifarişlər qəbul etmək mümkündür. Distribusiya Zənciri Maliyyələşməsi ilə tədarükçülərlə daha əlverişli şərtlərlə işləmək və onlayn müraciət və avtomatik təsdiqlə operativ maliyyə dəstəyi əldə etmək asanlaşır.
Məhsul, həmçinin, istehsalat və sənaye müəssisələrinə yönəlikdir. İstehsalçılar xammal alışı və genişlənmə üçün maliyyə ehtiyacı duyurlar. Bu istiqamət üzrə məhsul xammal alışı üçün qısa müddətdə əlavə kapital əldə etmək, Təchizat Zənciri Maliyyələşməsi ilə daha sərfəli şərtlərlə təchizatçılarla əməkdaşlıq etmək və kreditin çevik geri ödəniş qrafiki sayəsində istehsal dövrlərini rahat planlaşdırmaq imkanı verir.
- “PAŞA Bank” 2024-cü ildə nüfuzlu "Euromoney" nəşri tərəfindən KOS sektoruna verdiyi töhfələr sayəsində "Ən yaxşı KOS bankı" adına layiq görülüb. Bu kontekstdə soruşmaq istərdik ki, yerli bazarda rast olunduğu praktikadan fərqli olaraq, “PAŞA Bank” biznes krediti üçün müraciət edən sahibkarlardan çoxsaylı sənədlər və maliyyə hesabatları tələb etməyin qarşısını necə alır?
- Bu mükafat bizim üçün böyük bir uğurdur və bu, KOS-ların inkişafına verdiyimiz dəstəyin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Sualınıza cavab olaraq vurğulamaq istərdim ki, əsas məqsədimiz KOS-ların maliyyə əlçatanlığını maksimum dərəcədə sadələşdirmək və onları ənənəvi bank prosedurlarının yaratdığı maneələrdən azad etməkdir. Bu səbəbdən onlayn biznes krediti müraciət prosesi zamanı mürəkkəb tələblər və çətin maliyyə hesabatlarına ehtiyac yoxdur. Sahibkarlara yalnız VÖEN məlumatları və dövriyyə üzrə minimum məlumatlar tələb olunur. Əksər hallarda, müştəri banka heç bir əlavə sənəd təqdim etmədən onlayn şəkildə kredit ala bilər.
Ənənəvi biznes kreditlərində olduğu kimi, mürəkkəb maliyyə balansları və ya mənfəət-zərər hesabatlarının təqdim edilməsi tələb olunmur. Kreditin təsdiqi üçün real dövriyyələr və hesab hərəkətləri əsas götürülür. Sahibkarların biznes fəaliyyəti “PAŞA Bank”ın daxili Big Data və süni intellekt əsaslı skorinq modeli ilə qiymətləndirilir. Bu model müştərinin bank dövriyyəsini, vergi ödənişlərini və digər iqtisadi göstəricilərini analiz edərək qərar qəbul edir, hətta bir çox hallarda zaminliyə və girova ehtiyac qalmır.
Həmişə olduğu kimi, “PAŞA Bank” 2025-ci ildə də KOS-ların inkişafını dəstəkləyən və onların maliyyə əlçatanlığını artıran həllər yaratmağa davam etməyi planlaşdırır.
-Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 d. əvvəl
- 12 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib
-
1 saat əvvəl
Azərbaycanda 8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu
-
1 saat əvvəl
Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək
-
2 saat əvvəl
"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"
Son Xəbərlər

Sabahın hava proqnou açıqlanıb

Əhali ev alır, İpoteka və Kredit Zəmanəti Fondu da varlanır

Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq

Bank Beyləqanda yeni filialını açdı

Azərbaycanda 8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub

Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu

Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək

"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"

"600 kVt-lıq bir transformatorun qoyulması üçün 275 min manatadək haqq və rüsum tələb olunur"

Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək

Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib

Neft sanksiya narahatlığı ilə bahalaşıb

Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb

SOCAR “UCC Holding” ilə anlaşıb
