Mərkəzi Bankın yeni binasının inşasına xərcləmələr yarım milyard manata yaxınlaşıb
İndiyə qədər Azərbaycan Mərkəzi Bankının (AMB) Bakının Nizami rayonunda yerləşəcək yeni inzibati binasının inşasına 477 milyon 348 min manat xərclənib.
Bu barədə qurumun maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, baş podratçı və digər təşkilatlarla bağlanılmış müqaviləyə əsasən 434 milyon 703 milyon manat, digər kapital qoyuluşları kimi isə 42 milyon 735 milyon manat xərclənib. Bundan sonra daha 153 milyon 883 milyon manat xərclənməsi nəzərdə tutulur. Beləliklə, bina AMB-yə 631 milyon 231 milyon manata başa gəlməlidir.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək. Bu barədə layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib. Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb.
Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir.
© Report, APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























