"Yapı Kredi Bank Azərbaycan" və "Mastercard" arasında regionda ilk “Mastercard Wholesale Program” əməkdaşlığı imzalandı ®
Bu strateji əməkdaşlıq səyahət sənayesi sahəsində B2B ödənişlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və optimizasiyası məqsədini daşıyır. "Yapı Kredi Bank Azərbaycan" dünyanın istənilən ölkəsində fəaliyyət göstərən səyahət agentliklərinə onlayn platforma üzərindən xidmət göstərmək imkanına sahib olacaqdır
"Yapı Kredi Bank Azərbaycan" QSC və "Mastercard" arasında regionda ilk dəfə həyata keçiriləcək "Mastercard Wholesale Program" çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbir 21 May 2025-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Baş Ofisində keçirilib və hər iki tərəfin rəhbər heyətinin iştirakı ilə baş tutub.
Bu strateji əməkdaşlıq səyahət sənayesi sahəsində B2B ödənişlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və optimizasiyası məqsədini daşıyır. Layihə tamamlandıqdan sonra "Yapı Kredi Bank Azərbaycan" dünyanın istənilən ölkəsində fəaliyyət göstərən səyahət agentliklərinə onlayn platforma üzərindən xidmət göstərmək imkanına sahib olacaqdır. Bu isə, Azərbaycan bank sektorunun turizm və texnologiya sahəsində beynəlxalq miqyasda atdığı mühüm bir addım kimi qiymətləndirilir.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin Satış və Marketinq üzrə Baş Direktorun müavini Sinan Ağırbaş layihə ilə bağlı qeyd edib:
"Bu əməkdaşlıq ölkədə rəqəmsal ödəniş texnologiyalarının inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, səyahət sektorunda fəaliyyət göstərən şirkətlər üçün daha çevik və əlçatan maliyyə həlləri təklif etməyə imkan yaradacaq."
"Mastercard"ın Azərbaycan və Türkiyə üzrə Baş Meneceri Hüsnü Avşar Gürdal isə qeyd edib:
"Mastercard Wholesale Program vasitəsilə səyahət agentliklərinə rəqəmsal, sürətli və avtomatlaşdırılmış ödəniş həlləri təqdim edirik. "Yapı Kredi Bank Azərbaycan" QSC ilə bu sahədə regionda ilk əməkdaşlığa imza atmaqdan qürur duyuruq. Bu proqramın əsas məqsədi, səyahət sektorunda fəaliyyət göstərən tərəfdaşların ödənişlərini virtual kart infrastrukturu vasitəsilə həyata keçirmələrinə dəstək olmaqdır. "Mastercard" olaraq təqdim etdiyimiz sürətli, problemsiz və təhlükəsiz rəqəmsal ödəniş təcrübəsinə bu yeni proqramla töhfə verməkdən böyük məmnunluq duyuruq."
Layihə çərçivəsində "Yapı Kredi Bank Azərbaycan" QSC, "Mastercard" tərəfindən təqdim edilən texnoloji imkanlardan istifadə edərək həm yerli, həm də beynəlxalq B2B travel ödənişlərini rəqəmsal platforma üzərindən idarə edəcək. Bu yanaşma, ödəniş prosesində şəffaflığı, izlənə bilənliyi və sürəti artıraraq tərəfdaş agentliklər üçün əhəmiyyətli üstünlüklər yaradacaq.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR
Son Xəbərlər

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
