BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Çinin avtomobil nəhəngi BYD Avropada elektrik avtomobilləri üçün 1000 kilovatdan çox gücə malik ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır.Çinini avtomobil istehsalçısı BYD Avropada yeni standartlar müəyyən etməyi və enerji doldurma vaxtını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.
Marja.az xəbər verir ki, BYD-nin direktoru Stella Li verdiyi açıqlamada, Avropada 1000 kilovatdan çox enerji doldurma gücünə malik ultra sürətli şarj stansiyaları şəbəkəsi qurmağı planlaşdırdıqlarını bildirib.
Li, şirkətin önümüzdəki 12 ay ərzində qitədəki tərəfdaşları ilə ultra sürətli elektrikli avtomobil şarj cihazları üçün infrastruktur qurmağı planlaşdırdıqlarını və yerli tərəfdaşlarla, eləcə də rəsmi dilerlərdə şarj nöqtələri ilə danışıqlar apardıqlarını söyləyib.
Li, BYD-nin Avropadakı satışlarının hər ay təxminən 10 faiz artaraq müsbət irəliləyiş olduğunu bildirib və bu tendensiya davam edərsə, Avropada yeni istehsal obyektlərinə investisiya qoymağa hazır olduqlarını qeyd edib.
Li əlavə edib ki, Avropada satmaq üçün Avropada istehsal edəcəklər.
BYD 2025-ci ilin sonuna kimi Macarıstandakı zavodunda Avropada ilk avtomobilinin istehsalına başlayacaq.
Hazırda şirkətin Belçikada 16 diler mərkəzi var. Brüssel, Antverpen və Gentdəki dilerlər onun rəhbərliyi altındadır. Çin şirkəti bu ilin sonuna qədər ölkədə ən azı 20 diler mərkəzinə sahib olmaq istəyir.
Bundan əlavə, BYD son aylarda elektrik avtomobillərində mühüm texnoloji yeniliklər elan edir.
Martın 18-də şirkət öz “Super e-Platforma” texnologiyasını elan edib ki, bu da elektrik avtomobillərinin demək olar ki, adi bir avtomobilin yanacaqla doldurulması lazım olduğu qədər tez doldurulmasına imkan verir. Yeni Han L modeli ilə aparılan sınaqlarda sürətli doldurma sistemi ilə yeni akkumulyator 5 dəqiqədə 470 kilometr məsafə üçün doldurulub.
Planlaşdırılan “Super e-Platforma”nın hətta köhnə akkumulyatorlarda da şarjı 20-30 faiz sürətləndirəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 45 d. əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)



