“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsinin qalibləri açıqlanıb

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və “Deloitte Azərbaycan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2025” müsabiqəsi uğurla yekunlaşıb. 5 iyun tarixində keçirilən rəsmi təltifetmə mərasimində bu ilki qaliblərin adları ictimaiyyətə elan olunub.
"PAŞA Bank"ın yaydığı press-relizdə bildirilir ki, müsabiqənin əsas məqsədi Azərbaycanın özəl sektorunda fəaliyyət göstərən şirkətlərin strateji idarəetmə, insan kapitalının inkişafı, maliyyə sabitliyi və sosial məsuliyyət sahələrində beynəlxalq səviyyədə dəyərləndirilməsi və bu sahələrdə qabaqcıl təcrübələrin tətbiqinə təşviq edilməsidir. Proqram çərçivəsində iştirakçılar “PAŞA Bank” və “Deloitte Azərbaycan”-un ekspert komandası tərəfindən dərin təhlil prosesindən keçərək, inkişaf üçün strukturlaşdırılmış tövsiyələr alıblar.
Münsiflər heyətinin qərarı ilə “Azərsun Holdinq”, “METAK”, “Norm Sement”, “OBA Market” şirkətləri yüksək korporativ idarəetmə standartlarına, strateji inkişaf baxışına və dayanıqlı maliyyə modellərinə görə “Best Managed Companies” statusuna layiq görülüblər. Qalib şirkətlər beynəlxalq “Best Managed Companies” şəbəkəsinə daxil olaraq, qlobal biznes cəmiyyətində tanınmaq və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək imkanı əldə ediblər.
PAŞA Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev tədbirdə çıxışı zamanı layihənin strateji əhəmiyyətini vurğulayıb.
“Azərbaycanda real sektorun davamlı inkişafı təkcə güclü maliyyə nəticələri ilə deyil, eyni zamanda institusional idarəetmə mədəniyyətinin formalaşması ilə birbaşa bağlıdır. Bu baxımdan, “Best Managed Companies” proqramı ölkəmizdə korporativ idarəetmənin inkişafına və qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə mühüm töhfə verir.
Real sektorun etibarlı tərəfdaşı kimi PAŞA Bank artıq dörd ildir ki, bu təşəbbüsə dəstək göstərir. Biz inanırıq ki, hər bir uğurlu şirkətin əsasını təkcə maliyyə dayanıqlığı deyil, həm də strateji yanaşma, sosial məsuliyyət, insan kapitalına yönəlmiş investisiyalar və dəyərlərə əsaslanan idarəetmə təşkil edir.
Qalib şirkətləri səmimi-qəlbdən təbrik edirəm. Əminik ki, proqramçərçivəsində əldə olunan təcrübə onların uzunmüddətli inkişafına və ölkənin qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verəcək”
Nuran Kərimov, “Deloitte Azərbaycan”ın İdarəedici Partnyoru, qalib şirkətlərin elan olunduğu tədbirdə çıxışı zamanı bildirib:
“Bu proqram Azərbaycanın biznes ekosistemində liderliyi və strateji düşüncə tərzini təşviq edir. Qaliblərin hər biri yalnız bugünkü nailiyyətlərinə görə deyil, həm də gələcəyə yönəlik vizyonları və dayanıqlı idarəetmə yanaşmaları ilə seçilir. “Deloitte” olaraq, bu təşəbbüs vasitəsilə ölkədə korporativ idarəetmənin inkişafına töhfə verməkdən və özəl sektorun beynəlxalq rəqabətə hazır olmasına dəstək olmaqdan qürur duyuruq.”
Qeyd edək ki, “Best Managed Companies” layihəsi “Deloitte” şirkəti tərəfindən 33 il ərzində 47 ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. Azərbaycanda PAŞA Bank və “Deloitte Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən bu müsabiqədə iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 d. əvvəl
- 12 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib
-
1 saat əvvəl
Azərbaycanda 8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu
-
1 saat əvvəl
Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək
-
2 saat əvvəl
"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"
Son Xəbərlər

Sabahın hava proqnou açıqlanıb

Əhali ev alır, İpoteka və Kredit Zəmanəti Fondu da varlanır

Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq

Bank Beyləqanda yeni filialını açdı

Azərbaycanda 8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub

Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu

Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək

"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"

"600 kVt-lıq bir transformatorun qoyulması üçün 275 min manatadək haqq və rüsum tələb olunur"

Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək

Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib

Neft sanksiya narahatlığı ilə bahalaşıb

Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb

SOCAR “UCC Holding” ilə anlaşıb
