Azərbaycan məhsulu Kanadada qızıl medalla təltif olundu
Azərbaycan istehsalı olan "Olivea Extra Virgin Olive Oil", Kanadada keçirilən beynəlxalq zeytun yağı müsabiqəsində Qızıl medala layiq görülüb. Bu nailiyyət Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq səviyyədə tanınması baxımından mühüm əhəmiyyət daşıyır.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən təqdim olunan yüzlərlə zeytun yağı nümunəsi arasında seçilmək asan deyil. Qalibiyyət, məhsulun yüksək keyfiyyət göstəriciləri ilə yanaşı, onun istehsalında tətbiq olunan şəffaf texnologiyalara və təbii tərkibə sadiqliyin nəticəsi kimi qiymətləndirilir.
"Grand Agro" şirkəti tərəfindən istehsal olunan "Olivea" markası artıq 2025-ci ilin birinci yarısında iki mühüm beynəlxalq mükafata layiq görülüb:
- London – Qızıl Medal
- Kanada – Qızıl Medal
Qeyd edək ki, məhsul soyuq sıxım texnologiyası ilə, heç bir qatqı əlavə edilmədən istehsal olunur və öz təbiiliyini tam şəkildə qoruyur. Bu amillər Olivea-nı beynəlxalq bazarlarda rəqabətədavamlı və etibarlı bir brendə çevirir.
"Grand Agro" şirkətinin 4000 hektara yaxın ərazidə yerləşən zeytun və badam bağları təkcə iqtisadi inkişaf üçün deyil, həm də ətraf mühitin qorunması baxımından önəmli rol oynayır. Şirkət ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirir və bu istiqamətdə uzunmüddətli strategiya həyata keçirir.
Hazırda Olivea məhsulları Azərbaycanla yanaşı, Rusiya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsrail kimi ölkələrdə də satışdadır və istehlakçılar tərəfindən böyük etimadla qarşılanır.
“Qızıl medal bizim üçün yekun deyil – bu, daha böyük məqsədlərə doğru irəliləmək üçün yeni bir mərhələnin başlanğıcıdır,” – "Grand Agro" komandası bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















