İnnovasiya ekosisteminin nəbzi Baku ID 2025 Festivalında döyünəcək
19 iyun 2025-ci il tarixində SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə təşkil olunan Baku ID innovasiya festivalı keçirilir.
Jolly Joker Baku və Daş Salnamə Muzeyində baş tutan builki tədbir “The Regional Nexus” mövzusu ətrafında təşkil olunur. Bu mövzu, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionları arasında innovativ və texnoloji əməkdaşlığın inkişafına fokuslanır.
Baku ID 2025 festivalının rəsmi açılışı SABAH.HUB-un baş icraçı direktoru Rəhim Bayramlının çıxışı ilə baş tutdu. Ardınca çıxış edən idarə heyətinin üzvü Fərhad Paşayev tədbirin ölkənin innovasiya gündəmində daşıdığı əhəmiyyətini vurğuladı.
Rəhim Bayramlı açılış çıxışında Azərbaycanın innovasiya gündəliyində yeni bir mərhələyə keçdiyini bildirərək qeyd etdi ki, SABAH.city layihəsinin inşasına artıq başlanılıb və bu müasir mərkəz Baku ID 2026 tədbirinə ev sahibliyi edəcək. Bu addım, regionun texnoloji inkişafını sürətləndirərək və Azərbaycanı daha da güclü bir innovasiya mərkəzinə çevirəcəkdir.
Festivalda bu il də ənənəyə sadiq qalaraq aparıcı dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatların təmsilçiləri iştirak edir.
Süni intellekt, yeni bacarıqlar və gələcəyin işçi qüvvəsinin formalaşdırılması ilə bağlı çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov 4SİM-in fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, qurum tərəfindən həyata keçirilən layihələr gənclər üçün beynəlxalq forumlarda ən son trendləri və innovasiyaları öyrənmək imkanı yaradır. 4SİM insan kapitalının inkişafını dəstəkləyən təşəbbüslər irəli sürür və texnoloji biliklərin artırılması, təqdimat hazırlığı kimi sahələrdə təlimlər təşkil edərək gənc mütəxəssislərin yetişdirilməsinə dəstək verir.
Baku ID festivalında investorlar, startaplar və qonaqları yeni tərəfdaşlıqlar üçün geniş imkanlar, dinamik şəbəkələşmə mühiti və real əməkdaşlıqların qurulduğu məhsuldar görüşlər gözləyir.
Tədbirdə 32-dən artıq yerli və xarici investor, 200-dən artıq yerli və beynəlxalq startap, 4000-dən artıq iştirakçı və 21-dən artıq tərəfdaş yer alır.
Baku ID festivalının ən diqqətçəkən hissələrindən biri startap müsabiqələridir. Bu müsabiqələr, regionun ən perspektivli və yenilikçi layihələrini ortaya qoymaqla yanaşı, gənc sahibkarlar üçün qlobal investorlarla əlaqə qurmaq və öz ideyalarını reallaşdırmaq üçün mühüm imkanlar yaradır.
Tədbir həmçinin istedadlı tələbələr üçün də əhəmiyyətli imkanlar yaradır. “University Demo Day” çərçivəsində onlar innovativ layihələrini təqdim edərək investorlarla tanış olmaq imkanı, eyni zamanda ABB Tech Academy tərəfindən təqdim olunan təqaüdləri qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, Baku ID 2025 tədbiri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı qurumların tərəfdaşlığı ilə keçirilir. Bu dəstək sayəsində Baku ID artıq yalnız regional deyil, habelə beynəlxalq miqyasda tanınan innovasiya arenasına çevrilməkdədir.
Tədbirlə bağlı ən son yeniliklərdən xəbərdar olmaq və festivalın gedişatını izləmək üçün rəsmi vebsayt olan www.bakuid.com, həmçinin Baku ID-nin sosial media kanalları - Instagram, Linkedin və Facebook izləməyi unutmayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























