“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyun ayının son həftəsi dünya iqtisadiyyatı və maliyyə bazarları üçün həm geosiyasi risklərin, həm də iqtisadi qeyri-müəyyənliklərin pik həddə çatdığı bir həftə oldu. Xüsusilə Yaxın Şərqdəki gərginliklər, neft qiymətlərindəki dalğalanmalar və ABŞ Federal Ehtiyyatlar Sisteminin faiz siyasəti ilə bağlı mesajları qlobal investorların diqqət mərkəzində idi.
İran-İsrail-ABŞ Gərginliyi: Neft Qiymətləri Rekord Səviyyələrdə
Həftənin əvvəlində, 23 iyun tarixində ABŞ və İsrailin İranın əsas nüvə obyektlərinə həyata keçirdiyi hücumlar qlobal enerji bazarlarında ciddi sarsıntıya səbəb oldu. Brent markalı neftin qiyməti son 5 ayın ən yüksək səviyyəsinə – 79.30 dollar/barel səviyyəsinə çatdı. ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı nefti isə 78.58 dollar/barel oldu.
Geosiyasi risklər səbəbindən investorlar təhlükəsiz aktivlərə yönəldi və qızıl, ABŞ xəzinədarlıq istiqrazları və VIX indeksində artım müşahidə edildi.
Bunun ardınca İran tərəfindən Qətərdəki ABŞ hərbi bazasına raket hücumu baş verdi. Regiondakı digər ABŞ bazaları isə yüksək hazırlıq rejiminə keçirildi.
Bazar ertəsi gecə saatlarında ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında İsrail və İran arasında əldə olunmuş atəşkəs razılaşmasını elan etdi.
Bu açıqlama “Wall Street”-də müsbət reaksiyalara səbəb oldu. “S&P 500” 0.6%, “Nasdaq 100” 0.8%, “Dow Jones” isə 0.4% yüksəldi.
FED və Faiz Gözləntiləri: Yumşaq Tonlu Siqnallar
Geosiyasi gərginlik fonunda ABŞ Federal Ehtiyyatlar Sisteminin monetar siyasətinin gələcəyinə dair açıqlamalar da bazarlar üçün önəmli gündəm oldu. FED-in İdarə Heyəti üzvü Mişel Bouman iyul ayında mümkün faiz endiriminin ehtimalını gücləndirən "güyərçin" tonlu açıqlamalar verdi.
Bu, nvestorlar arasında likvidlik optimizmi yaratdı və aksiyalarda alış təzyiqini artırdı.
Qlobal Səhm Bazarlarının Performansı
Həftə ərzində atəşkəs razılaşmasının təsiri, FED-dən gələn yumşaq siqnallar və neft qiymətlərindəki geri çəkilmə fonunda qlobal səhm bazarları əsasən müsbət trend göstərdi:
24 iyun – İsrail-İran atəşkəsi sayəsində Avropa və ABŞ indeksləri yük
25–27 iyun – ABŞ fond indeksləri rekord səviyyələrə yaxınlaşdı, texnoloji sektor ön planda oldu. Xüsusilə, “Tesla” səhmləri, Austin, Texasda Robotaksi xidmətinin rəsmi işə düşməsi ilə 8%-dən çox bahalaşdı.
Valyuta Bazarları və Makroiqtisadi Göstəricilər
Geosiyasi risklər fonunda bəzi valyutalarda zəifləmə müşahidə olundu. Xüsusilə Asiya valyutaları, o cümlədən Hindistan Rupisi, təzyiq altına düşdü. Amma neft qiymətlərinin enməsi bu təzyiqləri qismən yumşaltdı.
ABŞ-da isthlakçı inam indeksi aşağı düşərək 93.0 səviyyəsinə gerilədi. Bu isə əmək bazarı və istehlakçı xərclərində zəifləmə risklərini artırdı.
Çində isə istehsalat PMI göstəricisi 49.7 ilə 50-nin altında qalaraq iqtisadi zəiflik siqnalı verdi.
Ötən həftəyə 1.14560 və 1.33980 səviyyələrində start verən EURUSD və GBPUSD valyuta cütlükləri müvafiq olaraq 1.17530 və 1.37700 səviyyələrinə qədər bahalaşdı.
“Güvənli liman” maliyyə aləti kimi qızıl artan geosiyasi risklər fonunda 3397$-a kimi bahalaşsa da, Yaxın Şərqdə hərbi ritorikanın təşkəslə əvəzlənməsi xəbərlərinin təsiri ilə həftəni 3275$ səviyyəsinə kimi ucuzlaşdı və həftəni bu səviyyədə tamamladı. Hazırda 3279$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Cari həftə ərzində bütün bazar iştirakçılarının diqqət mərkəzindəki əsas məqam Amerika Federal Ehtiyyatlar Sistemi (FED), İngiltərə Bankı (BoE), Avropa Mərkəzi Bankı (ECB) sədrlərinin çıxışları və Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də “NFP” hesabatı olacaq.
Həmçinin, İngiltərədə, Avrozonada, Almaniyada və Amerikada dərc olunacaq sənaye və xidmət sektorlarında, eləcə də, kompozit Biznes Aktivliyi İndeksi, eyni zamanda, Avrozonada, Almaniyada, İsveçrədə və Türkiyədə yayımlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) kimi önəmli iqtisadi statistik rəqəmlər birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.
Bu həftə Amerikada açıqlanacaq “JOLTS” Boş İşyerləri və Vakansiyalar Hesabatı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri də investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdəndir.
EUR
Ötən həftəni 1.172000 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftənin əvvəlində də artım tendensiyasını qoruyur.
Hazırda 1.17200 həddində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.17000 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada və Avrozonada açıqlanacaq PMİ və CPİ göstəriciləri, eləcə də, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın baş tutacaq çıxışlarında verə biləcəyi açıqlamaları avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.37200 səviyyəsində tamamlayan GBPUSD valyuta cütlüyü yeni həftəyə də artımla başlayıb. Hazırda 1.37250 səviyyəsində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.37$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter bilər.
Bu həftənin İngiltərədə dərc olunacaq həm PMİ və ÜDM hesabatları, həm də İngiltərənin Baş bankirinin baş tutacaq çıxışları funt-sterlinqin dünya bazarlarındakı qiymətinə ciddi təsir edə bilər.
XAUUSD
Ötən həftəni 3275$-da başa vuran dəyərli metal yeni həftəyə də enişlə başlayıb və 3247.50$-a kimi ucuzlaşdı. Hazırda 3280$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altındaq qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
6 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
6 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
8 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)










.jpg)


