Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun gəlirləri artıb
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi 2024-cü ili 3 milyon 462 min manat xalis mənfəət ilə başa vurub. AQTİ 2023-cü ili 3 milyon 812 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, AQTİ-nin əsas əməliyyat gəlirləri 2023-cü ildə 18 milyon 909 min manat ikən, 21 milyon 442 min manata yüksəlib. Sair əməliyyat gəlirləri isə 10 milyon 151 min manatdan 11 milyon 21 min manata qalxıb.
Material, işçi heyyəti üzrə və sair xərcləri daha çox artdığından, AQTİ-nin xalis mənfəəti azalıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. İnstitutda sahibkarlar, dövlət qurumları və vətəndaşlar üçün müxtəlif istiqamətlərdə xidmətlər göstərilir. Bunlara laborator xidmətlər, təlimlər, məsləhət, qiymətləndirmə və layihələndirmə daxildir. Belə ki, İnstitutun Bakı şəhəri və Abşeron rayonu üzrə 7, regionlarda isə 10 laboratoriyası fəaliyyət göstərir. Həmçinin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasının tabeliyində 2+ biotəhlükəsizlik səviyyəsinə uyğun 3 Mobil Səhra Laboratoriyası və 1 Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası var. Bu laboratoriyalar qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də kompleks tədqiqatlar istiqamətində fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. İnstitut tərəfindən təşkil olunan təlimlər HACCP planının hazırlanması, qida məhsullarının izlənilməsi, laboratoriya, təhlükələrin analizi, GMP-Qabaqcıl istehsalat təcrübələri, gigiyena, daşınma və saxlanma qaydaları ilə bağlıdır. Məsləhət və qiymətləndirmə xidmətləri isə ölkə ərazisində qida sahəsində fəaliyyət göstərən müəssisələrin standartları və belə obyektlərin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması ilə əlaqədardır. Bununla yanaşı, İnstitut tərəfindən respublikamıza qida məhsulları idxal edilən xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin yerində və onlayn qiymətləndirilməsi də aparılır. Müəssisələrin qida təhlükəsizliyi baxımından Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu yoxlanılır. Nəticələr baxılmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunur. İnstitut tərəfindən qida sahəsində fəaliyyət göstərən müəssisələrin yerli və beynəlxalq standartların tələblərinə uyğun layihələndirilməsi, eləcə də qida təminatı müəssisələrinin çalışma sahələrinin bölgüsü ilə bağlı işin təşkil edilməsi istiqamətində də işlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 saat sonra
-
- 32 d. sonra
- 50 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanlıların Türkiyədən ev alışında Oktyabr rekordu
Starbucks-ın baristaları böyük aksiyaya hazırlaşır
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir












.jpg)









