Özbəkistanda sənəd imzalayan Azərbaycan şirkətlərinin adları məlum oldu - YENİ LAYİHƏLƏR
İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Özbəkistanla sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə "Mətanət A" və "TuranAz" şirkətləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Sənədlər müvafiq olaraq, quru tikinti qarışıqları, gipsokarton istehsalı və Özbəkistanın Namanqan şəhərində yaşayış evlərinin tikintisi layihələrini əhatə edir.
Bununla yanaşı, Azərbaycan və Özbəkistan şirkətləri süd məhsullarının istehsalı üzrə sənədlər imzalayıb. Sənədlər "Panamilk" və "Atena", “Jizzax Organic” və "Milla Dairy" şirkətləri arasında imzalanıb.
Tədbirdə, həmçinin Özbəkistanın “Havas Holding” və Azərbaycanın "RJ CHEMICAL CO" şirkətləri arasında məişət məhsulları (kimya) istehsalı və satışı üzrə tərəfdaşlığa, Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyası ilə Azərbaycanın "STP Global Cable" şirkəti arasında yüksək gərginlikli kabellər istehsalı layihəsi üzrə əməkdaşlığa dair sənədlər imzalanıb.
Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini stimullaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















