Rusiya Azərbaycana nota verdi
İyulun 1-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Marja xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüş zamanı, rəsmi Bakının son addımlarına etiraz edilib.
Bunlara dövlətlərarası dialoq çərçivəsində yüksək səviyyəli tədbirlərin ləğvi, Azərbaycanın hüquq-mühafizə orqanlarının Rusiyanın "Sputnik Azərbaycan" agentliyinə və onun əməkdaşlarına qarşı hərəkətləri, Rusiya ilə olan bütün mədəni tədbirlərin ləğvi daxildir.
Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbərinə rusiyalı jurnalistlərin həbsdən dərhal azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.
Bu yaxınlarda Yekaterinburqda Azərbaycan əsilli Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı vurğulanıb ki, Rusiya hüquq-mühafizə orqanları tərəfindən əvvəlki illərdə Rusiya Federasiyası ərazisində törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya qanunvericiliyinə tam uyğun olaraq həyata keçirilən istintaq hərəkətləri həyata keçirilib.
Rusiya tərəfi hesab edir ki, Bakının Rusiya hüquq-mühafizə orqanlarını vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham etmək cəhdləri Rusiyanın daxili işlərinə müdaxilədir.
XXX
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.
TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə səfirə Bakının “son qeyri-dost hərəkətləri ilə bağlı etiraz təqdim olunub”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)





