“PAŞA Holding” 22 min nəfərdən çox işçisi olduğunu açıqladı
2024-cü ilin sonunda “PAŞA Holding” MMC-nin cəmi aktivlərinin məbləği 23,3 milyard manata çatıb.
Marja.az Holdinqə istinadən xəbər verir ki, ötən il “PAŞA Holding” 2,3 milyard manat və ya 13,6% böyüyüb.
“PAŞA Holding” 2023-cü ilin sonunda 20,5 milyard manat cəmi aktivlərə malik idi.
31 dekabr 2024-cü il tarixində Holdinq 2,98 milyard manat cəmi kapitala malik olub.
2024-cü ildə 2023-cü illə müqayisədə "PAŞA Holding"in cəmi gəliri 670 milyon manat və ya 28% artaraq 3,07 milyard manat olub.
31 dekabr 2024-cü il tarixinə "PAŞA Holding"in Azərbaycanın bank sektorunda aktivlər üzrə bazar payı 36.97% təşkil edib.
31 dekabr 2024-cü il tarixinə Qrup üzrə cəmi işçilərinin sayı 22 min nəfərdən çox olub. Ötən il "PAŞA Holding"in işçilərinin sayı 2 min nəfərdən çox artıb.
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti öz törəmə şirkətləri vasitəsi ilə bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























