"Bu ilin sonunadək Çindən Azərbaycana 400-dən çox blok-qatarın qəbulu gözlənilir"
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çində işgüzar səfərdədir.
Səfər çərçivəsində 7 iyul tarixində ADY nümayəndələri Çinin nəqliyyat-logistika şirkətləri ilə görüşlər keçiriblər.
ADY sədri Rövşən Rüstəmov Çinin CRRC (“China Railway Rolling Stock Corporation”) korporasiyasının vitse-prezidenti Fanq Fenq və korporasiyanın Çjuçjou lokomotiv istehsalı şirkətinin sədri Van Qiaolinlə keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması ilə əlaqədar olaraq, yük daşımalarının etibarlı və təhlükəsiz təmin edilməsi üçün lokomotiv parkının yenilənməsi və genişləndirilməsinə, CRRC ilə bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib.
Həmçinin Çindən 7 ədəd yeni lokomotivin alınması ilə bağlı carı ilin aprel ayında imzalanmış sazişin təfərrüatları, ADY mütəxəssisləri üçün təlim kursları və texniki treninqlərin təşkili, texniki həllər, istehsalat imkanları, təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.
Səfər çərçivəsində Lyanyunqan Limanının rəhbəri Van Qoi Çao ilə görüşdə ADY-nin bu limanla əməkdaşlığının Şərq və Qərb arasında, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat bağlantısının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Hazırda Çin və Azərbaycan arasında yükdaşımaların artan dinamikasının müşahidə olunduğu bildirilib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu mənada, Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkilinin prioritet istiqamətlərdən biri olduğuna diqqət çəkilib.
Qeyd olunub ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Limanı rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya olunub. Bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına və beynəlxalq tərəfdaşlara kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir. Bakı Limanı Asiya və Avropa arasında yük axınının təmin edilməsində vacib rol oynayır. Hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton, o cümlədən 150 min TEU konteyner təşkil edir. Gələcəkdə isə limanın ümumi gücünün ildə 25 milyon ton, o cümlədən 500 min ton TEU konteyner olacağı nəzərdə tutulur.
Van Qoi Çao deyib ki, Lyanyunqan Limanı təkcə Çin deyil, Yaponiya və Koreya məhsullarının da ixracını həyata keçirir, bu da marşrutun əhəmiyyəti və yükdaşıma coğrafiyasını genişləndirir. O əmin olduğunu bildirib ki, qarşılıqlı fəaliyyət nəqliyyat əlaqələrin möhkəmləndirilməsinə və Lyanyunqan–Bakı marşrutunun Avrasiya məkanında daha rəqabətqabiliyyətli olmasına imkan verəcək.
“China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin prezidenti Yan Binlə görüşdə isə ADY sədri Rövşən Rüstəmov CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının əhəmiyyətini qeyd edib.
Bildirilib ki, CRCT-nin birgə müəssisənin işində aktiv iştirakı regionun logistika üzrə əlaqələrini, Orta Dəhliz boyunca şirkətlərin rolunu gücləndirəcək və marşrutun səmərəliliyini artıracaq.
Görüşdə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması potensialının olduğu bildirilib. Çin–Azərbaycan–Çin istiqamətində konteyner daşımaları həcminin çoxaldılması və logistikanın optimallaşdırılması məqsədilə rəqəmsal həllərin tətbiqi, 2025-ci ilin ikinci yarısında göndərişlərin artırılması üçün fəaliyyət planının razılaşdırılması, liman-dəmiryol infrastrukturunun inteqrasiyası kimi mühüm məsələlər müzakirə olunub.
Qeyd edək ki, ADY nümayəndə heyətinin Çinə səfəri iyulun 11-dək davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 56 d. əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























