ARDNF 1400 iri şirkətin səhmlərinə investisiya yatırıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hazırda 23 ölkədə fəaliyyət göstərən 1 400 iri şirkətin səhmlərinə malikdir.
Bunu ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib.
Onun sözlərinə görə, Fond müxtəlif sahələrə həmin sahələrin qlobal bazardakı kapitallaşma payına uyğun şəkildə investisiya yatırır:
“Misal üçün, informasiya texnologiyalarının qlobal bazar payı 15-20 %, səhiyyə sektorunun payı isə təxminən 14 %-dir. Biz də bu göstəriciləri rəhbər tutaraq, investisiya portfelimizdə bu sahələrin nisbətini müəyyənləşdiririk”.
V. Pşeniçnıy bildirib ki, hazırda ARDNF-in səhmlərə yönəltdiyi investisiyalar ümumi portfelin 22 %-ni təşkil edir: “Səhm bazarı riskli hesab olunur. Lakin risk alma imkanımız artdıqca, səhmlərə yönəlik investisiyalarımız da artır. Hazırda Fond qızıl, səhmlər və daşınmaz əmlaka investisiya yatırır. Doğrudur, daşınmaz əmlak və infrastruktur layihələrinə yönəlik yatırımlarımız hələlik nisbətən azdır və səhm portfelinin təxminən 7 %-ni təşkil edir. Ümumilikdə, səhmlər və özəl kapital investisiya portfelimizin 25 %-ni əhatə edir”.
O əlavə edib ki, səhm bazarı Fond üçün ən aktiv bazardır: “Bu bazar qlobal xəbərlərə sürətlə reaksiya verir, nəticədə qiymətlərdə dəyişikliklər tez-tez müşahidə olunur. Buna görə də, burada aktiv iştirak və operativ risk idarəetməsi vacibdir”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















