“Azər-Türk Bank”ın cəmi aktivləri 2 milyard manata yaxınlaşıb
“Azər-Türk Bank” ASC (ATB) 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 6 milyon 924 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 13 milyon 550 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ATB-nin xalis mənfəəti təxminən 2 dəfə və ya 6 milyon 626 min manat azalıb. ATB-nin xalis mənfəətinin azalması depozitlər üzrə faiz xərclərinin və mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır. Yüksək depozit faizləri, bir sıra banklarda olduğu kimi, ATB-də də gəlirlərin xeyli hissəsini silib.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, “Azər-Türk Bank” ASC-nin faiz gəlirləri 2025-ci ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon 79 min manat və ya 34,8% artaraq 66 milyon 164 min manat, qeyri-faiz gəlirləri 567 min manat və ya 3% azalaraq 18 milyon 887 min manat təşkil edib.
2025-ci ilin 1-ci yarısında “Azər-Türk Bank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 84 milyon 484 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 72 milyon 616 min manat, gəlirlər xərcləri üstələditindən əməliyyat mənfəəti 11 milyon 868 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 3 milyon 393 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırıb, 1 milyon 550 min manat mənfəət vergisi ödəyib
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 1-ci yarısında “Azər-Türk Bank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 67 milyon 972 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 49 milyon 915 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 18 milyon 57 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 2 milyon 12 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırmış, 2 milyon 496 min manat mənfəət vergisi ödəmişdi.
“Azər-Türk Bank”ın faiz xərcləri 2025-ci ilin 1-ci yarısında 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 15 milyon 983 min manat və ya 80,3% artaraq 35 milyon 889 min manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 14 milyon 74 min manat və ya 80% artaraq 31 milyon 660 min manat təşkil edib.
BANK BÖYÜYÜB
2024-cü ilin İyun ayının sonu ilə müqayisədə “Azər-Türk Bank”ın cəmi aktivləri 422 milyon 355 min manat və ya 28,2% artaraq 1 milyard 918 milyon 414 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 54 milyon 873 min manat və ya 7,3% artaraq 806 milyon 467 min manata yüksəlib.
“Azər-Türk Bank”da depozitlər isə 252 milyon 878 min manat və ya 28,3% artaraq 1 milyard 144 milyon 650 min manata çatıb.
30 iyun 2025-ci il tarixində “Azər-Türk Bank”ın 107 milyon 697 min manat məcmu kapitala malik olub.
2024-cü ilin sonunda “Azər-Türk Bank” ASC-nin nizamnamə kapitalının 75%-i Azərbaycan Respublikası Hökumətinə (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), 12,37%-i T.C. Ziraat Bankası A.Ş-yə, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat ” Sığorta Şirkəti ASC-yə, 1.08%-i “Ziraat Bank International AG”yə məxsus olub.
“Azər-Türk Bank” ASC səhmdarlarınının Ümumi Yığıncağının 2024-cü ilin iyul ayında qəbul etdiyi qərara əsasən, ASC-də dövlətə məxsus səhmlərin bir hissəsi (51%) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) verilməlidir. Bu yaxınlarda SOCAR bildirib ki, 2024-cü ildə “Azər-Türk Bank” ASC-nin satınalınması əməliyyatı həyata keçirilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
50 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət























