Kürdəmir rayonunda “Bostan Fesivalı” keçiriləcək - TARİX
25 iyul 2025-ci il tarixində saat 10-00-da Kürdəmir şəhərinin Heydər Əliyev prospektində (Kürdəmir rayon icra hakimiyyətinin inzibati binasının qarşısında) Kürdəmir Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Bostan Fesivalı” keçiriləcəkdir.
Festivalda Kürdəmir rayonunda əsasən bostançılıq fəaliyyəti ilə məşğul olan fermerlər, digər məhsul istehsalçıları iştirak edəcək, stendlərdə maraqlı sərgilər, müsabiqələr, yerli mətbəx, pəhlivan, kəndirbazın çıxışı və konsert proqramı təqdim ediləcəkdir.
Konsert proqramında müğənni, xanəndə Mirələm Mirələmov da iştirak edəcəkdir.
Festivalın məqsədi bostançılıq fəaliyyəti ilə məşğul olan fermerlərin innovativ həllərə əsaslanan texnoloji yeniliklərə əlçatanlığının təmin olunması və təşviqi, bostançılıq sahəsində fəaliyyət göstərən şirkətlər arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsi, dövlət və özəl qurumlar, elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, yerli məhsulların brendə çevrilməsinə dəstək olmaq, rayonun bostançılıq və kənd təsərrüfatı potensialını tanıtmaq və turizm potensialını önə çıxarmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























