Azərbaycanın faktorinq şirkəti 14%-lə borc alıb, borca verəcək
22 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə faktorinq xidmətləri göstərən “Ferrum Capital” QSC-nin 1 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja.az xəbər verir ki, bu barədə Birja məlumat yayıb.
Qeyd edilib ki, istiqrazların sayı 10 min ədəd, ilkin ticarət qiyməti 100 AZN, illik gəlirlilik dərəcəsi 14%, tədavül müddəti 1 ildir.
İstiqrazlar üzrə ətraflı məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Ferrum Capital” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2019022287
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı: 10 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 AZN
İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN
İllik gəlirlilik faizi: 14%
Ödəmə periodu: Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir
Tədavül müddəti: 12 ay
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “UniCapital İnvestisiya Şirkəti” ASC
Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən “Ferrum Capital” faktorinq şirkətidir. Faktorinq daxili və xarici ticarət proseslərində tətbiq olunan, xüsusən qısa müddətli maliyyə etiyaclarını qarşılamaq üçün istifadə olunan bir kredit alətidir. Faktorinq xidmətinə müraciət edən tərəf Müştəri və ya Satıcı, ödənişləri ödəyən tərəf Borclu və ya Alıcı, faktorinq xidmətini təqdim edən tərəf isə Faktor adlandırılır.
Bildiyiniz kimi, satıcı və alıcının ticarətdə müəyyən gözləntiləri vardır. Satıcının məqsədi məhsulu sürətli və nağd şəkildə satmaqdır. Alıcının əsas məqsədi isə keyfiyyətli məhsul əldə etmək, ödənişini isə hissə-hissə ödəməkdir. Başqa bir sözlə, alıcının əsas məqsədi alınan malı satıb pula çevirdikdən sonra satıcının ödənişini etməkdir. Alıcı məhsulu alıb ödənişi daha sonra ödəmək istəyərsə və satıcı bu məhsulun pulunu İstehsalçıya dərhal ödəməli olarsa, hər iki tərəfin gözləntisini qarşılaya biləcək tək bir sistem var ki, o da Faktorinqdir. Məhsul satışı həyata keçdikdən sonra satıcının pulunu “Tələb etmə hüququ”, alıcının isə ödənişini “Ödəmə öhdəliyi” yaranır. Satıcının yaranmış bu tələbini faktorinq şirkətinə ötürməsinə və ya güzəştinə Faktorinq deyilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























