"Aqrar Sığorta Fondunun ödənişləri ilin sonuna 8-9 milyon manata çata bilər"
Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu fermerlərə 4,5 milyon manatdan çox ödəniş edib.
Bunu Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu dövrdə 13 milyon manatdan çox sığorta haqqı toplanıb: “Sığorta ödənişləri artır. Bu ödənişlər ötən ilin sonunda və bu ilin əvvəlində baş verən hadisələrlə bağlıdır. Hələ ölkədə pambıqçılıq mövsümü davam edir. Ölkədə taxıl yığımı bitir. Bu ilin ikinci rübündə baş verən hadisələrin tənzimlənməsi ilin ikinci yarısında olacaq. Bu ilin sonuna ödənişlərin 8-9 milyon manata çatacağı ehtimalını yaradır. İldən ilə fondun sığorta haqları artacaq”.
F.Sadıqovun sözlərinə görə, artıq 5 ildir ki, Aqrar Sığorta Fondu fəaliyyət göstərir və bu sistem fermerlərin istifadəsinə təqdim edilib: “Dövlət sığorta haqlarının 50 %-ini maliyyələşdirir ki, bu da fermerlərin maliyyə dayanıqlığının və fəaliyyətlərinin davamlılığını təmin etmək məqsədi daşıyır. Aqrar sığorta xidmətləri artıq ölkə ərazisinin 96 %-ində əlçatandır. Ölkədə əkilən torpaq sahələrinin 1,7 milyon hektar olduğu halda, hər il onun 20 %-i sığortalanır. Bu, ölkə üzrə torpaq sahələrinin beşdə birinin sığorta ilə əhatə olunması deməkdir.”
O əlavə edib ki, ən çox ödənişlər bitkiçilik sahəsinə edilir, ikinci yerdə heyvandarlıq sahəsi dayanır: "Ölkəmizdə əkin sahələrinin 50 %-dən çoxu taxılçılığa ayrılıb. Ümumi ödənişlərin strukturunda taxıl məhsulu daha çoxdur. Bu o demək deyil ki, bu belə davam edəcək. Meyvəçilik sahəsində isə xüsusilə bu ilin fevral-aprel aylarında müşahidə olunan hava şəraiti səbəbilə zərərlər artıb və bunun nəticəsində də sığorta ödənişlərinin meyvə istehsalçıları üçün də artacağı gözlənilir".
Qeyd edək ki, “Aqrar sığorta haqqında” Qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır. Aqrar sığorta müqaviləsi sığortalı və İdarəedici Qurum tərəfindən bağlanır. İdarəedici Qurum - Aqrar Sığorta Fondun adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçıdır. İdarəedici qurum Azərbaycan Respublikası ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.
Aqrar Sığorta Fondu öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir. Fond müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyini artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır. Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
© “Report”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





























