Bankların kredit portfeli cüzi artıb
Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten İyun 2025" buraxılışını dərc edib.
Marja.az bülletenə istinadən xəbər verir ki, 2025-ci ilin iyun ayında may ayı ilə müqayisədə bankların kredit portfeli 0.3% və ya 85,6 milyon manat artaraq 28 milyard 472,1 milyon manata çatıb.
30 iyun 2025-ci il tarixində bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53,2% (15 milyard 143,7 milyon manat);
ıı) istehlak kreditləri – 31,3% (8 milyard 898,3 milyon manat)
ııı) ipoteka kreditləri – 15,5% (4 milyard 430,2 milyon manat).
2025-ci ilin may ayında bankların kredit portfeli 1% və ya 290 milyon manat artaraq 28 milyard 386,5 milyon manat olmuşdur.
31 May 2025-ci il tarixində bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53,2% (15 milyard 100 milyon manat);
ıı) istehlak kreditləri – 31,3% (8 milyard 881,9 milyon manat)
ııı) ipoteka kreditləri – 15,5% (4 milyard 404,6 milyon manat).
Xatırladaq ki, 2024-cü ilin iyun ayında may ayı ilə müqayisədə bankların kredit portfeli 1.1% və ya 271,3 milyon manat artaraq 25 milyard 429,5 milyon manata çatmışdı.
30 iyun 2024-cü il tarixində bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54,6% (13 milyard 874,8 milyon manat);
ıı) istehlak kreditləri – 30% (7 milyard 633,8 milyon manat)
ııı) ipoteka kreditləri – 15,4% (3 milyard 920,8 milyon manat).
Son 12 ay ərzində bankların kredit portfelinda biznes kreditlərinin xüsusi çəksi 54,6%-dən 53,2%-ə düşüb, istehlak kreditlərinin xüsusi çəkisi 30%-dən 31.3%-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























