Starbucks-ın qlobal satışları azalıb
ABŞ kafe şəbəkəsi Starbucks-ın qlobal mağaza satışları aprel-iyun dövründə 2 faiz azalıb. Ümumiyyətlə, Starbucks-ın qlobal satışlar 1,5 ildir azalır.Maliyyə təqvimində iyunun 29-da bitən üç aylıq dövrü 2025-ci maliyyə ilinin üçüncü rübü olaraq qəbul edən ABŞ-ın qəhvəxana şəbəkəsi Starbucks, balans hesabatını açıqlayıb.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, Starbucks şöbələri üzrə cəmi satışlar (mağaza satışları da deyilir - red) bu dövrdə 2% azalıb. Şirkətin satışları Şimali Amerika və ABŞ-da da 2 faiz azalıb, Çində satışlar isə 2 faiz artıb.
İyunun 29-da başa çatan üç aylıq dövrdə Starbucks-ın konsolidə edilmiş xalis gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 9,5 milyard dollar təşkil edib.
Həmin dövrdə şirkətin mənfəəti 47,1 faiz azalaraq 558,3 milyon dollar olub.
Starbucks-ın səhmbaşına qazancı da ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz azalaraq 49 sentə düşüb.
İsrailin Qəzzaya hücumlarına görə etirazlar və boykotlarla üzləşən şirkətlərdən biri olan Starbucks, qlobal satışlarında ardıcıl altıncı rübdür azalma olduğunu açıqlayır.
Qeyd edək ki, Şirkət 3-cü rübdə 308 xalis yeni mağaza (şöbə) açıb və dövrü 41 min 97 mağaza ilə başa vurub: Mağazaların 53% şirkət tərəfindən və 47% françayzilər tərəfindən idarə olunur. Üçüncü rübün sonunda ABŞ və Çindəki mağazalar şirkətin qlobal portfelinin 61%-ni təşkil edib, ABŞ və Çində müvafiq olaraq 17 230 və 7 828 Starbucks mağazası var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb














.jpg)








