"İllik 10.5%-ə qədər gəlirlilik cəlbedici fürsətdir" - MÜSAHİBƏ
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” alternativ maliyyələşmə alətlərini genişləndirmək və yerli kapital bazarının inkişafına töhfə vermək məqsədilə yeni istiqraz emissiyasına start verib. Yeni emissiyanın Bankın strategiyasındakı rolu, investisiya risklərinin necə balanslaşdırıldığı və maliyyə inklüzivliyinə verəcəyi töhfələri Bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanovla müzakirə etdik.
- Murad bəy, məlumdur ki, istiqraz emissiyası bir maliyyə aləti olmaqla yanaşı, bankın uzunmüddətli strategiyasını və bazardakı mövqeyini də əks etdirir. Bu baxımdan, cari emissiyanın “PAŞA Bank” üçün əhəmiyyəti nədən ibarətdir?
- Yeni istiqraz buraxılışı “PAŞA Bank”ın uzunmüddətli inkişaf planlarında mühüm strateji komponent hesab olunur. Bu addım yalnız vəsait cəlb etməyə yönəlməyib, həm də yerli maliyyə bazarının şaxələndirilməsinə və maliyyə infrastrukturlarının dərinləşdirilməsinə xidmət edir. Bank bu vasitə ilə bazarda institusional iştirakçılığı artırmaq, investorların seçimlərini genişləndirmək və ölkə daxilində davamlı maliyyələşmə modellərinin tətbiqinə liderlik etmək niyyətindədir. Belə təşəbbüslər həmçinin bankın investisiya mədəniyyətinin formalaşdırılmasına verdiyi töhfənin bir göstəricisidir.
- İstiqrazlar investisiya üçün maraqlı alət olsa da, hər zaman risk və gəlirin balanslaşdırılması vacib məqamdır. “PAŞA Bank”ın yeni istiqraz emissiyasında bu balans necə təmin olunur və investorlar üçün hansı təhlükəsizlik mexanizmləri mövcuddur?
- İstiqrazların buraxılışı həm sabit gəlir təmin etmək, həm də risklərin effektiv idarə olunmasını nəzərdə tutur. 12 aylıq tədavül müddəti və illik 10.5%-ə qədər gəlirlilik, investorlara həm likvidlik, həm də gəlir sabitliyi baxımından cəlbedici fürsət yaradır. Hüquqi baxımdan tam tənzimlənmiş bu emissiya, şəffaflıq və etibarlılıq prinsipləri üzərində qurulub. İnvestorlar bu istiqraz emissiyasında iştirak etməklə, risklərini effektiv şəkildə diversifikasiya edir və ölkənin aparıcı və etibarlı banklarından birinə sərmayə qoyaraq sabit gəlir imkanından faydalanırlar.
Qeyd edək ki, bu emissiyada iştirak üçün minimum investisiya məbləği 10,000 AZN olaraq müəyyən edilib. Bu yanaşma həm peşəkar, həm də fərdi investorlar üçün effektiv sərmayə planlaşdırması imkanı yaradır. Eyni zamanda, fiziki şəxslər üçün bu emissiya vergi baxımından da cəlbedici alətdir. Belə ki, mövcud 12 aylıq əmanətlərdən fərqli olaraq fiziki şəxslərin bu istiqrazlardan əldə etdikləri faiz gəlirləri vergidən azaddır. Bu, xüsusilə əmanətlərə alternativ axtaran fərdi investorlar üçün əlavə motivasiya yaradır.
- Bu təşəbbüs Azərbaycanda investisiya mədəniyyətinin genişlənməsinə, yerli investorların maliyyə alətlərinə çıxışının asanlaşmasına və ümumilikdə kapital bazarının inkişafına necə dəstək olacaq?
- “PAŞA Bank” olaraq, biz inanırıq ki, ölkəmizdə maliyyə inklüzivliyinin genişlənməsi və sağlam kapital bazarının formalaşması iqtisadi inkişafın davamlılığı üçün vacibdir. Bu istiqraz emissiyası vasitəsilə yerli investorlar üçün əlçatan və rəqabətli investisiya alətləri təqdim edirik. Bu, həmçinin fərdi investorların və kiçik müəssisələrin maliyyə bazarına çıxışını asanlaşdırır və investisiya imkanlarını genişləndirir.
Eyni zamanda, emissiya yerli qiymətli kağızlar bazarının institusional dərinləşməsinə xidmət edir, yəni bazarda daha çox iştirakçı və daha müxtəlif maliyyə alətləri meydana çıxır. Bu, likvidliyin artmasına və bazarın dayanıqlılığının güclənməsinə şərait yaradır.
Uzunmüddətli perspektivdə, belə təşəbbüslər iqtisadiyyatın real sektoru ilə maliyyə bazarlarını daha sıx bağlayır və investisiya mədəniyyətinin inkişafına təkan verir. “PAŞA Bank” olaraq məqsədimiz, şəffaflıq və etibarlılıq prinsiplərinə əsaslanan maliyyə mexanizmləri yaradaraq, cəmiyyətin geniş təbəqələrinin iqtisadi proseslərdə iştirakını artırmaqdır. Nəticədə, bu, ölkədə dayanıqlı inkişafın təmin olunmasına və iqtisadi sabitliyin möhkəmlənməsinə öz töhfəsini verir.
- Murad bəy, dəyərli vaxtınızı bizə ayırdığınız və “PAŞA Bank”ın istiqraz emissiyası ilə bağlı ətraflı məlumat verdiyiniz üçün təşəkkür edirik.
İstiqrazları əldə etmək üçün bu linkə kedit edə bilərsiniz.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
- 37 d. əvvəl
-
-
46 d. əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
1 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
2 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb















.jpg)









