"Partner Finance"ın lizinq portfeli kiçilib
2025-ci ilin ilk yarısında (yanvar-iyun) maliyyə lizinqi xidmətləri göstərən "Partner Finance" QSC-nin cəmi gəlirləri 1 milyon 190 min manat, cəmi xərcləri 558 min manat təşkil edib.
Marja.az Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, gəlirlər xərcləri üstələdiyindən "Partner Finance" 2025-ci ilin ilk yarısında 632 min manat əməliyyat mənfəəti əldə edib. Şirkət əməliyyat mənfəətindən 126 min 394 manat mənfəət vergisi ödəyib və ilk yarımili 506 min manat xalis mənfəət ilə bağlayıb.
2025-ci ilin ilk 6 ayında "Partner Finance" faiz gəlirləri 1 milyon manatdan çox - 1 milyon 23 min manat təşkil edib.
2025-ci ilin 1-ci yarısında "Partner Finance"ın lizinq portfeli (debitor borclar) 1 milyon 519 min manat və ya 11% azalaraq 12 milyon 272 min manata düşüb. 2024-cü ilin sonunda "Partner Fiпапce"ın portfeli 13 milyon 791 min manata çatmışdı.
Qeyd edək ki, "Partner Fiпапce" QSC-nin nizamnamə kapitalı Nuriyev Anar Seyran oğluna (32,8947%) Qurbanova Şamama Balaqardaş qızına (32,8947%) və İsmayılzadə Nərmin Mikayıl qızına (32,8947%), digər 1 fiziki şəxsə (1,3159%) məxsusdur.
30 İyun 2025-ci il tarixində "Partner Fiпапce" QSC-nin 6 işçisi olub. 2024-cü ilin sonunda da şirkətin 6 işçisi var idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





