"PAŞA Bank"ın istiqraz emissiyasına abunə yazılışına son 2 gün
Son 2 gün. İllik 10.5%-ə qədər vergidən azad gəlir. Bank depoziti ilə müqayisədə daha sərfəlidir.(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın 30 iyulda elan etdiyi yeni istiqraz emissiyasına abunə yazılışı 2 gün sonra başa çatır.
Bank, Azərbaycan vətəndaşlarını yerli bazarda təqdim edilən bu sərfəli alətdən faydalanmağa dəvət edir.
Bu təşəbbüs alternativ maliyyələşmə alətlərinin genişləndirilməsi və yerli kapital bazarının inkişafına töhfə verməyi hədəfləyir.
İstiqraz buraxılışı çərçivəsində 40.000 ədəd təminatsız, sənədsiz və adlı istiqraz tədavülə buraxılır. Hər bir istiqrazın nominal dəyəri 1.000 AZN, minimal 10.000 AZN investisiya tələbi olmaqla illik gəlirliliyi 10.5%-ə qədər, tədavül müddəti isə 12 ay təşkil edir.
Yeni buraxılış etibarlı hüquqi çərçivə, risk və gəlir profili baxımından balanslaşdırılmış investisiya fürsəti təqdim edir. PAŞA Bankın istiqrazlarına investisiya, fiziki şəxslərə vergidən azad gəlir əldə etmək imkanı yaradaraq, klassik depozit alətləri ilə müqayisədə daha səmərəli maliyyə seçimi kimi qiymətləndirilə bilər.
Abunə yazılışı 12 avqust 2025-ci il tarixində başa çatır.
İstiqrazlara abunə yazılışı emissiyanın əsas anderrayteri “PAŞA Kapital”, digər anderrayterləri isə “Unicapital” və “CPM Investment Company” investisiya şirkətlərdir.
Ətraflı məlumat və istiqrazların baza emissiya prospektinin yekun şərtləri ilə tanış olmaq üçün Bankın rəsmi veb-səhifəsinə keçid edin: https://www.pashabank.az/securities/lang,az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
4 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord














.jpg)







.jpg)




