Bank İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir
Bank “BTB” ASC, Satışlar Departamenti, İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC özkaryerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Satışlar Departamenti, İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi
İş barədə məlumat:
- Bankdaxili qaydalarla ona verilmiş səlahiyyət limitləri çərçivəsində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vəsaiti hesabına yeni ipoteka təminatlı kreditlərin verilməsini təmin edir;
- İpoteka kreditlərini Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun rəsmiləşdirir;
- İpoteka kreditlərinin təminatı olan İpotekanın rəsmiləşdirilməsi zamanı Bankı dövlət orqanlarında təmsil edir;
- Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrini vaxtında uzadılmasını təmin edir;
- Gecikməyə düşmüş ipoteka krediti üzrə gecikmənin ödənilməsi istiqamətində işlər aparır;
- Ödəniş etmək imkanını itirən borcalanlar mənzillərini satdıqları təqdirdə öhdəliyin ötürülməsi prosesini həyata keçirir;
- Fiziki şəxslərin Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vəsaiti hesabına maliyyələşdirilən ipoteka kreditləşməsi üzrə istək və ehtiyaclarını öyrənir və bunun əsasında İpoteka məhsullarının inkişafı üçün Bankın Satışlar Departamentinə müvafiq təkliflər verir;
- Bankın İpoteka məhsullarının bazarda tanıdılması və satışı üzrə tədbirlər görür;
- Müştərilərə ipoteka məhsul və xidmətlərin satışında müştəri xidmət strukturuna yaxından əməli köməklik göstərir;
- İpoteka krediti üzrə müştərilərə dair satışlar barədə mütəmadi təhlillər aparır, müvafiq hesabat və təkliflər hazırlayır;
- İpoteka krediti üzrə müştərilərin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq hesabat hazırlayır;
- İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir;
- İpoteka krediti portfelinə gündəlik nəzarət edir təhlillər aparır;
- İpoteka krediti ilə bağlı müraciət daxil olarsa, müraciətə aidiyyəti üzrə baxılması üçün onu Bankın Satışlar Departamentinin İstehlak kreditləri şöbəsinə göndərir;
- Yeni müştəri cəlbində aktiv iştirak edir;
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı işləri icra edir.
- Bankın İpoteka kreditləşmə fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrin hazırlanmasında yaxından iştirak edir və tətbiqini təmin edir;
- Bankın ipoteka məhsullarının çarpaz satışlarını təşkil edir;
- İpoteka kreditlərinin satışı ilə əlaqədar Satışlar Departamentinin göstərişlərini icra edir;
- Səlahiyyətli şəxs və şöbə rəhbərinin bu bölməyə həvalə etdiyi digər vəzifələri həyata keçirir;
- MİDA kreditləri üzrə cəlbetmə, ilkin razılıq, qeydiyyat, təhlil və rəsmiləşdirmə proseslərini həyata keçirir;
- Bütün ipoteka krediti məhsulları üzrə ilkin və yenidən maliyyələşdirmə prosesini həyata keçirir.
Namizədə tələblər:
- İqtisadi və ya biznes sahəsi üzrə ali təhsil;
- Minimum 2 il ipoteka kreditləşməsi sahəsində bank təcrübəsi;
- EİP (Elektron ipoteka portalı) və EİS (Elektron ipoteka sistemi) proqramları ilə işləmə bacarığı;
- Rus və İngilis dillərini bilməsi arzuolunandır;
- Ünsiyyət qurmaq bacarığı;
- Satış bacarığı;
- Komandada işləmək qabiliyyəti;
- Stresə davamlılıq;
- Komputerdə iş bacarığı;
- Məsuliyyətlilik;
- Analitik düşünmə.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanıi;
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Satışlar Departamenti, İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)






.jpg)






.jpg)






