Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Qlobal valyuta bazarlarında gözlər bu həftə FED sədri Cerom Pavelin “Jackson Hole” Simpoziumundakı çıxışa yönəlib. Son dövrlərdə FED-in monetar siyasəti ilə bağlı gözləntilər sürətlə dəyişib. İyul ayı göstəriciləri aqressiv faiz endirimi ehtimallarını zəiflədərkən, bazarlarda sentyabr iclasına dair qiymətləndirmələr böyük ölçüdə daralıb.
İnvestorlar hesab edirlə ki, əgər Pavel çıxışında ehtiyatlı bir ton götürərsə, dollar inkişaf etmiş və inkişaf etməkdə olan valyutalara qarşı üstünlük qazana bilər. Xüsusilə bazarın hələ yüksək səviyyədə endirim gözləntisi daşıdığı nəzərə alınsa, ölçülü mesajlar dollar indeksini (DXY) yuxarıya doğru hərəkət etdirə biləcək katalizator ola bilər.
ABŞ iqtisadiyyatı son aylarda ziddiyyətli siqnallar verir. Bir tərəfdən pərakəndə satışlardakı artı istehlakın hələ də güclü qaldığını göstərir. Lakin, idxal qiymətlərindəki artım tariflərin maliyyə təzyiqini artırır. Bu vəziyyət, irəlidə pərakəndə qiymətlərə əks oluna biləcəyi üçün inflyasiya riskini canlı saxlayır. Digər tərəfdən, işsizlik bazarı ciddi şəkildə zəifləyib. İşsizlik səviyyəsi 4.2%-ə yüksəlib, üç aylıq orta məşğulluq artımı isə 35 minə qədər azalıb.
Keçən il oxşar bir tablo ilə qarşılaşan Pavel, “Jackson Hole” çıxışında “faiz endirimi yaxındır” mesajı vermişdi. Lakin, bu il vəziyyət bir qədər mürəkkəbdir. Çünki inflyasiya tərəfdən İstehsal Qiymətləri İndeksi göstəriciləri kəskin artıb; manşet inflyasi 3.5%-ə, baza inflyasiya isə 3.7%-ə yüksəlib. Bu isə FED-in sürətli addımlar atmasını çətinləşdirir. Yəni Pavel bu il əvvəlki kimi rahatlıqla “göyərçin” açıqlamalar verə bilməyəcək. Daha ehtimal olunan ssenari, həm məşğulluğun, həm də inflyasiyanın gedişatını yaxından izlədiklərini vurğulayan, ehtiyatlı bir mövqe ola bilər.
Bugün Böyük Britaniyada və Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri bazarın fokuslandığı ən önəmli xəbərlərdir.
Bakı vaxtı ilə saat 22:00-da isə Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin son toplantısının protokolları dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








