SOCAR-ın Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayacağı vaxt açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin birinci rübündə Özbəkistanın Üstyurd regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır.
Bunu müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov deyib.
“Bu, təşkilati-hazırlıq mərhələsi başa çatdıqdan və bütün lazımi icazələr alındıqdan sonra mümkün olacaq”, - o bildirib.
“Özbəkneftqaz”ın rəhbəri xatırladıb ki, Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə uyğun olaraq, geoloji kəşfiyyat mərhələsi beş il üçün nəzərdə tutulub.
“Sənaye ehtiyatları təsdiq olunarsa, layihə sınaq istehsalına və hasilat texnologiyalarının sınaqdan keçirilməsinə keçəcək”, - B.Sidikov qeyd edib.
O vurğulayıb ki, geoloji kəşfiyyat mərhələsində operator SOCAR olacaq. Birinci mərhələdə “Özbəkneftqaz” institusional və texniki dəstək göstərir, daha dəqiqi, icazələrin alınmasında köməklik göstərir, geoloji və geofiziki məlumatları ötürür, dövlət qurumları ilə qarşılıqlı əlaqədə olur.
“Bu mərhələdə payların bölüşdürülməsi paritet əsasda həyata keçirilir. Eyni zamanda, iştirak strukturu layihənin icra mərhələsindən asılı olaraq tətbiq oluna bilən çevik tənzimləmə mexanizmini nəzərdə tutur”, – B.Sidikov bildirib.
Gələcəkdə operatorluğun ötürülməsi mümkünlüyü məsələsinə gəlincə, o qeyd edib ki, buna əldə edilmiş nəticələr və tərəflərin strateji hədəfləri əsasında baxılacaq.
Sədrin sözlərinə görə, ilkin mərhələdə maliyyələşdirmə investorlar tərəfindən, öhdəliklərin tərəflər arasında bərabər bölüşdürülməsi ilə həyata keçirilir.
“Lazım gələrsə, xarici maliyyə cəlb edilə bilər”, - o əlavə edib.
© “Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























