Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
Kapital Bank-dan kiberdələduzluqla mübarizədə növbəti addımÖlkənin birinci bankı Kapital Bank kiberdələduzluqla mübarizə üsullarını genişləndirir. Bank bu dəfə Birbank mobil tətbiqinə yeni funksionallıq gətirib.
Artıq müştərilər bank tərəfindən gələn zəngin həqiqətən də banka aid olub olmadığını yoxlaya biləcəklər. Belə ki, müştəriyə bank adından zəng gəldiyi halda o, zəng edən şəxsdən Birbank tətbiqinə bildiriş göndərilməsini tələb edə bilər.
Bu yenilik xüsən dələduzluqla mübarizədə istifadəçilərin köməyinə çatacaq. Belə ki, sizə Kapital Bank və ya Birbank adından zəng gələr, hər hansısa məhsul təklif olunar və ya kartınızla bağlı problem, hesabınızdan pul çıxarılmağa cəhd olunduğu deyilərsə dərhal aşağıdakı addımları atın.
- Zəng edən şəxsdən Birbank mobil tətbiqinə bildiriş göndərilməsini tələb edin. Unutmayın bildiriş yalnız Birbank mobil tətbiqnə göndərilə bilər.
- Daha sonra telefonunuzdakı mobil tətbiqə daxil olun.
- Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alacaqsınız. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”.
- Mobil tətbiqdə bildiriş aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın.
Bir daha xatırladırıq ki, bank adından edilən zənglərə qarşı həssas yanaşmaq mütləqdir. Unutmayın ki, heç bir bank əməkdaşı müştəriyə xarici nömrədən, sosial şəbəklərdən zəng edə bilməz. Müştəridən kartın son istifadə tarixini, kartın arxasında olan 3 rəqəmli CVV kodu, xüsusən mesajla göndərilən 4 rəqəmli təhlükəsizlik kodunu, yəni OTP kodu istəyə bilməz. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 8 saat sonra
-
- 3 saat sonra
-
13 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
13 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
13 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb










.jpg)







.jpg)



