"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
"“Qafqaz Ventures”in başlanğıcda planı yalnız regiondakı təsisçilərə yatırım etmək idi. Amma sonradan gördük ki, çoxlu istedadlı region mənşəli, lakin beynəlxalq bazarlarda fəaliyyət göstərən təsisçilər var. Məsələn, hazırda Londonda fəaliyyət göstərən tacikistanlı bir startapa yatırım etmişik, hansı ki, maliyyə texnologiyaları sahəsində 40 milyon dollarlıq kapital cəlb edib. Eyni zamanda Lüksemburqda fəaliyyət göstərən azərbaycanlı təsisçilər də var ki, onlar kimyəvi və kosmetik maddələr üzərində işləyirlər".
Marja.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Azərbaycanın ilk vençur kapital fondu olan “Caucasus Ventures”-in rəhbəri və qanuni təmsilçisi Məmməd Kərim bildirib.
O qeyd edib ki, digər tərəfdən, belə startapların çoxu Bakıda back-office açır. (Back-office - bir şirkətin müştərilərlə birbaşa təmasda olmayan, lakin daxili əməliyyatlarını, maliyyə, idarəetmə və texniki proseslərini təmin edən bölməsidir – red.)
"Hazırda portfelimizdəki xaricdə fəaliyyət göstərən startapların Azərbaycanda 30-40 nəfərlik komandaları var. Bu, həm yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanmasına, həm də yerli ekosistemin inkişafına kömək edir. Eləcə də, süni intellekt tərkibli çoxlu startaplara yatırım eləmişik. Bunlara “face detection”-dan (üz tanıma) tutmuş, digər müxtəlif təhsil sahəsində süni intellekt tətbiq edən bir qazaxıstanlı startaplar daxildir.
Bundan başqa, azərbaycanlı startaplardan Amerikada yerləşən və kompozit material sahəsində iş aparan bir startapa yatırım eləmişik.
İngiltərədə elektromobillər üçün şarj aparatına xüsusi kabel və avadanlıqlar xidməti üzrə ixsaslaşmış azərbaycanlı bir startap var, ona dəstək olmuşuq.
Singapurda bir azərbaycanlı startap var, o daha çox gəmiçilik və gəmilərə Giriş Sistemi (SAS) üzrə çalışan startapdır. Ona yatırım etmişik, hazırda layihə böyümək üzrədir. Hazırda startapın illik 1 milyona yaxın dövriyyəsi var. Startaplarımızın sayı getdikcə artır. Azərbaycanda fəaliyyət göstərən təxminən 9 startapımızın əsas ofisi Bakıda yerləşir. Bu startaplar Bakıdan böyüməyə çalışırlar. Böyüdükdən sonra bu startaplar burada dayanmırlar. Özbəkistan, Qazaxıstan, İndoneziya, müxtəlif daha böyük bazarlara çıxmaq istəyənləri var",- Məmməd Kərim deyib.
Qeyd edək ki, “Qafqaz Ventures” 2022-ci ilin sonunda yaradılıb, amma aktiv fəaliyyətə 2023-cü ilin mart-aprel aylarında başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















