"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
“Qafqaz Ventures” 2022-ci ilin sonunda yaradıldı, amma aktiv fəaliyyətə 2023-cü ilin mart-aprel aylarında başladıq. İlk investisiyamızı da həmin dövrdə etdik. Bu günə qədər təxminən 30 startapa ilkin mərhələdə sərmayə qoymuşuq.
Marja.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Azərbaycanın ilk vençur kapital fondu olan “Caucasus Ventures”-in rəhbəri və qanuni təmsilçisi Məmməd Kərim bildirib.
"Planımız ilk mərhələdə təxminən 50 startapa ilkin yatırım etməkdir. Bundan sonra isə həmin 50 layihə arasından ən perspektivli 5-10 startapa əlavə yatırım etmək niyyətindəyik. Bu yanaşma dünya praktikasında “follow-on investment” kimi tanınır. (Follow-on investment (əlavə sərmayə) — əvvəlcədən investisiya qoyulmuş bir şirkətə, mövcud investorlar tərəfindən verilən əlavə fonddur – red.)",- o deyib.
Məmməd Kərim əlavə edib: "Bundan başqa, hazırda ikinci fond üzərində də düşünürük. Bu dəfə investor bazamızı genişləndirərək Türkiyə, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən də sərmayədarları cəlb etməyi planlaşdırırıq. Məqsədimiz çoxmillətli, beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















